Sizin Reklam Burada
Xəbər lenti
23-10-2026
22-10-2026
BÜTÜN XƏBƏRLƏR

Mən səni sevəndə ömrüm yaz idi - Fərid Muradzadə

Tarix: 01-06-2022 16:45     Baxış: 2740 A- / A+

Fərid Muradzadə


***
Mən səni sevəndə ömrüm yaz idi, 
Yox idi illərin boranı,  qarı. 
Özümü hamıdan güclü sanardım, 
Deyərdim yıxaram uca dağları. 

Mən səni sevəndə ömrüm yaz idi
Hər şey bahar ətri yaz qoxusuydu, 
Ruhuma, cismimə hopan qoxular, 
Şirin, təravətli qız qoxusuydu. 

Mən səni sevəndə ömrüm yaz idi, 
Tumurcuq arzular gül açmamışdı. 
O vaxt qəm-qüssədən çox uzaq idim,
O vaxt dərd sinəmdə dil açmamışdı. 

Mən səni sevəndə ömrüm yaz idi, 
İlləri küləklər aparmamışdı. 
Həsrətin, hicranın qara əlləri, 
Əlini əlimdən qoparmamışdı. 

Mən səni sevəndə ömrüm yaz idi, 
Araya tikanlar çəkilməmişdi. 
Bütün sevgiləri ikiyə bölən, 
Ayrılıq telləri hörülməmişdi. 
Mən səni sevəndə ömrüm yaz idi… 

Fərid Muradzadə
25.05.2022

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar