Sizin Reklam Burada
Xəbər lenti
09-11-2025
08-11-2025
BÜTÜN XƏBƏRLƏR

Afət Viləşsoyla Faiq Hüseynbəyli deyişdi: "Ürəyimi söz kimi, əllərində bük saxla"

Tarix: 31-05-2022 18:33     Baxış: 2473 A- / A+

SAXLA

Ürəyimi söz kimi,
Əllərində bük saxla.
Ürəyimdə eşq yükü -
Bir az da sən yük yaxla.

Günəşindir bu baca,
Ömür sirli bulmaca...
Balacanı balaca,
Böyüyü böyük saxla.

Bu şad daşı, şən daşı,
Mənə yetişən daşı,
Başıma düşən daşı,
Ətəyinə tök saxla.

Çıxıb dünya qəmindən,
Üzün gülsün sənin də.
Saçlarımın dənindən,
Torpağına ək saxla.

Qərar ver hər gününə,
Axşam-səhər gününə -
Sözü məşhər gününə,
Tənha saxla, tək saxla.

Keçdi neçə el məndən,
Ömür məndən, il məndən.
Ətək səndən, əl məndən,
Əlimə ətək saxla.

Demirəm, yan Faiqə,
Bu ruh, bu can Faiqə.
Bir az inan Faiqə,
Bir azca da şəkk saxla.

Faiq Hüseynbəyli


***

SAXLA

(Faiq Hüseynbəyliyə cavab)

Günah-savab var, atla,
Buxovları, qır, atla,
Məni məndən arıtla,
Əlində ələk saxla.

Ömür varkən yaşa, gəz,
Yazı satma qışa, gəz,
Özün mənlə qoşa gəz,
Məni mənlə tək saxla.

Saçıma dən düşəndə,
Könlümə sən düşəndə,
Üzüm əldən düşəndə,
Gözündə qəşəng saxla.


Afət Viləşsoy

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar