Xəbər lenti
”Şuşa ili“ çərçivəsində keçirilən bədii qiraət müsabiqəsinin qalibləri bəlli oldu - ŞƏKİLLƏR

29 aprel 2022-ci il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsinin və Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsinin dəstəyi ilə “Şuşa ili“ çərçivəsində məktəblilər arasında keçirilən “Sən dağların başında mirvarisən, incisən” adlı bədii qiraət müsabiqəsinə yekun vurulmuşdur.
Heydər Əliyev Mərkəzində keçirilən müsabiqənin yekun turunda – öncəki seçim turlarından ələnib gələn, şəhərin müxtəlif tam orta məktəblərini təmsil edən ən yaxşı qiraətçilər iştirak edirdi.
Təbiri giriş sözü ilə açan Mərkəzi Kitabxananın Uşaq şöbəsinin müdiri Yeganə Hüseynova ”Şuşa ili“ çərçivəsində keçirilən müsabiqənin məqsəd və qayəsindən danışmış, İkinci Qarabağ savaşında şəhidlik zirvəsinə yüksəlmiş ərən oğullarımızın ölməz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Müsabiqənin yekun turunun şərtləri haqqında bir daha ətraflı məlimat verildikdən sonra iştirakçılar bədii qiraət üçün bir-bir səhnəyə dəvət olunmuşlar. Məktəblilər növbə ilə Zəfər gününə və Şuşaya həsr olunmuş bədii qiraət nümunələrini təqdim etmiş, münsiflər heyətinin üzvləri – Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatını sədri, respublikanın Əməkdar jurnalisti, tanınmış şair Rafiq Oday, Sumqayıt Dövlət Dram Teatrının aktyoru, respublikanın Əməkdar artisti İzaməddin Bağırov, yazıçı, ssenarist, kulturoloq Hafiz Ataxanlı çıxışları 10 ballıq sistem üzrə qiymətləndirmişlər.

Qaliblər Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsinin S.Vurğun adına Mərkəzi Kitabxana ilə birgə hazırladığı fəxri fərman və MİHİ Sumqayıt şəhər Komitəsinin qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır.
Müsabiqədə fərqlənən iştirakçılara isə təşəkkürnamə təqdim olunmuşdur.
Manevr.az



















Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar