Sizin Reklam Burada
Xəbər lenti
09-11-2025
08-11-2025
BÜTÜN XƏBƏRLƏR

Ağsuda “Ölümsüzlər” kitabının təqdimatı olub

Tarix: 26-04-2022 23:02     Baxış: 4249 A- / A+



Ağsuda şair Elşad Baratın Vətən müharibəsi şəhidlərinə həsr etdiyi “Ölümsüzlər” kitabının təqdimatı olub. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon rəsmiləri, ziyalılar, şəhid ailələri, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Manevr.az xəbər verir ki, rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva tədbiri açdıqdan sonra, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxışlarda tarixi Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsində ölümsüzlüyə qovuşan şəhidlərimizin şücaətindən danışılıb.
Kitabın ön söz müəllifi, tanınmış şair Ağacəfər Həsənli “Ölümsüzlər” kitabı haqqında danışıb. Bildirib ki, 300 səhifəlik kitabda 100-ə yaxın şəhid haqqında məlumat, şeir və şəkillər yer alıb. Nəşrdə həm də Ağsudan olan şəhid Vüqar Quliyev haqqında məlumat yer alıb.
Ziyalı Tahir Xasi, şəhid Vüqar Quliyevin anası Könül Quliyeva “Ölümsüzlər”i ərsəyə gətirən şairə təşəkkürlərini bildirib, gələcək yaradıcılığında uğurlar arzulayıblar.
Sonda şair Elşad Barat təqdimatın təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.


Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar