Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Yazarlarla görüş hamıya sevinc bəxş etdi

Tarix: 23-04-2022 18:25     Baxış: 3216 A- / A+
 Mingəçevir şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemləri rəhbərliyinin təşkilatçılığı ilə Molla Pənah Vaqif adına Mərkəzi Kitabxananın iclas zalında Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin bir qrup şair və yazıçısı ilə görüş keçirilib.
Tədbirin aparıcısı, M.P.Vaqif adına Mərkəzi Kitabxananın oxuculara xidmət şöbəsinin böyük kitabxanaçısı Sevda Quliyeva görüşə qatılan qələm sahiblərinin ədəbi yaradıcılıqları barədə müfəssəl şəkildə məlumat vermiş, xeyli sayda oxucuların da iştirak etdiyi görüşün böyük önəm kəsb etdiyini vurğulamışdır. 
AYB-nin Mingəçevir bölməsinin sədri, şair-publisist İsmayıl İmanzadə rəhbərlik etdiyi yaradıcılıq təşkilatının xəttiylə son iki ildən bəri düzənlənən tədbirlərdən, yazar həmkarlarının, o cümlədən istedadlı ədəbi gəncliyin ən yaxşı əsərlərinin təbliğində və qəzet-jurnallarda dərc edilməsi yönümündə görülən işlərdən söz açmışdır. Bölmə rəhbəri Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi münasibəti ilə hazırlıq işlərinin getdiyini, yubiley gecəsindən öncə keçiriləcək “X.B.Natəvanın qəzəllərinin ən yaxşı qiraətçisi” müsabiqəsində məktəblilərin də fəal iştirak edəcəklərini qeyd edərək, çıxışının sonunda iki şeirini oxudu.
Əmək veteranı, keçmiş mədəniyyət işçisi Ağagül Əliyev ötən əsrin 60-80-ci illərində rəhbərlik etdiyi ansamblın uğurlarından, tanınmış bir xanəndə kimi şəhər sakinlərinə göstərdiyi mədəni xidmətdən söz açmaqla, şəhərin ədəbi aləminin formalaşmasında AYB Mingəşevir bölməsinin böyük pay sahibi olduğunu da diqqətə çatdırdı.
Şəhərin yaxılığında yerləşən Yevlax rayonu Salahlı kənd  orta məktəbinin bir qrup məktəblisi 44 günlük II Qarabağ Müharibəsində şəhid və qazi olan ərənlərin xalqımıza bəxş etdikləri Zəfər sevimcini vəsf edən şeirlər söyləyəməklə tədbir iştirakçılarının alqışlarına layiq görüldülər.
Sonra yazarlardan Bəsti Bərdəli, Əşrəf Əsgərov, Eyyub Cabbaroğlu, Mehman Rəsulov, Bəhman Gülövşəli, Rəşid Rəsulov və ədəbiyyat həvəskarı Mahir Musa oxuduqları yazıları ilə hamını məmnun etməyə nail oldular. 
Mingəçevir şəhər MKS-nin kitab işləmə və komplektləşdirmə şöbəsinin kitabxanaçısı Mətanət  Cəfərova tədbirə qatılan həmkarlarının və oxucuların adından yazarlara uğurlar arzulamaqla, belə önəmli görüşlərin davamlı olaraq keçirilməsinin vacib olduğunu qeyd etdi.
Hamıya sevinc hissi və unudulmaz anlar bəxş edən tədbirin sonunda yazarlar görüş iştirakçıları ilə xatirə şəkilləri çəkdirdilər... 
        
AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN MİNGƏÇEVİR BÖLMƏSİ







Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar