Xəbər lenti
“Zəfər duyğuları” kitabı nəşr olunub
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İB tərəfindən həyata keçirilən “Zəfər duyğularının ədəbiyyatda və nəşrlərdə təzahürü” adlı layihəsi əsasında “ Zəfər duyğuları” poeziya antologiyası nəşr olunub. Kitab 2022-ci il – Şuşa İlinə həsr edilib.
“Türk Dünyası İnfo” İctimai Birliyinnin sədri Dəyanət Osmanlı Manevr.az-a bildirib ki, tariximiz, cəmiyyətimiz üçün daimi gündəmdə olan ümdə məsələlərdən biri də ədəbiyyat vasitəsilə qələbmizin ruhunda dayanan ictimai əhəmiyyətli faktların, milli-tarixi gələnəklərimizin, vətənpərvərlik tariximizin, o cümlədən milli-mənəvi dəyərlərimizin təbliğinin gücləndirilməsidir. Layihəmizin adından da bəlli olduğu kimi, Zəfər tariximizin təbliğinə yönəlik əsərlərin, kitabların yazılmasına böyük ehtiyac vardır. Ona görə də layihənin məqsədinə uyğun olaraq ölkəmizdə, Türkiyədə, Gürcüstanda və digər bölgələrdə Vətən Müharibəsindəki Zəfər tariximizi vəsf edən poetik əsərləri toplayıb dəyərləndirərək antologiya halında çap etmişik.
Kitabın əsas leytmotivi odur ki, ədəbiyyatımızda torpaqlarımızın müdafiəsi uğrunda xalqımızın və dövlətimizin birliyini, əzmini, sevgisini nümayiş etdirən Azərbaycan insanının obrazı Vətən Müharibəsinin qələbə müjdəli ilk günlərindən yaranaraq mətbuatda göründü. Azad Qarabağ salnaməsinin yeni səhifələri də tariximizin bu həlledici zamanından etibarən ədəbi-mədəni, ictimai sahələrdə müəyyənləşməyə başladı. 44 günlük haqq savaşında əzəli və əbədi torpağımız Qarabağın kənd-kənd, rayon-rayon, şəhər-şəhər 30 illik erməni işğalından azad olunması hər bir Azərbaycan insanının həyatına yeni bir möhtəşəm qürur qatmışdır. Vətən Müharibəsinin ədəbi-bədii, mədəni, tarixi-ictimai düşüncədə təsirləri təkcə Qarabağ mövzusu ilə kifayətlənmir, həm də yeni tarix yazılır. Bu amil yeni nəslin keçmişə, bugünə və gələcəyə baxışlarının optimallaşmasında mühümdür. Eyni zamanda, milli, ədəbi-mədəni düşüncəmizin yeni mərhələyə, üfüqlərə keçməsi şərtlərini və məsuliyyətini şərtləndirir. Antologiyanı tərtib edərkən nəzərə almışıq ki, Vətən Müharibəsindəki qalibiyyət tariximiz yeni nəsillərin milli ruhunda, dilində, adət-ənənəsində, vətənpərvərlik duyğularında, eləcədə müasir dünyada yaşayan bütün azərbaycanlıların bugünkü həyatının, gələcəyinin ən aktual stimulverici qüvvəsidir və bu işin təbliğində ədəbiyyatın müstəsna rolu vardır.
Antologiyada ümumilikdə 46 tanınmış müəllifin əsərləri yer almışdır. Nəfis şəkildə, 300 tirajla çap olunmuş 220 səhifəlik nəşrin məsləhətçisi akademik, millət vəkili Nizami Cəfərov, ön sözün müəllifi AMEA-nın şöbə müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, redaktorları, Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı və filologiya üzrə fəlsəfə doktoru, Atatürk Mərkəzinin şöbə müdiri İlahə Abdullayevadır.
Kitab kitabxanalara, ziyalılara və gənclərin daha çox təmsil olunduğu müxtəlif auditoriyalara, QHT nümayəndələrinə paylanıılması nəzərdə tutulub.
Tel: 050 3515470

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar