Sizin Reklam Burada
Xəbər lenti
08-09-2025
07-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bank səhvən başqa hesaba 5 milyard dollar köçürdü

Tarix: 26-03-2017 12:46     Baxış: 4385 A- / A+
Bank səhvən başqa hesaba 5 milyard dollar köçürdü


Almaniyanın dövlət bankı — Kreditanstalt für Wiederaufbau (KfW) səhvən 5,4 milyard dolları dörd digər bankın hesabına keçirib.

Manevr.az Sputnik.az-a istinadən xəbər verir ki, Bloomberg-in məlumatına əsasən, hadisə texniki nasazlıq ucbatından baş verib. Belə ki, müəyyən məbləğdəki köçürmələr bir neçə dəfə təkrarlanıb.

"Biz tez bir zamanda bu səhvdən xəbər tutduq və onu aradan qaldırdıq. Köçürülən məbləğ geri qaytarıldı" — bankın bəyanatında deyilir.

Bu KfW bankının köçürmələrlə bağlı ilk səhvi deyil. 2008-ci ilin sentyabrında bank səhvən o dövrdə artıq müflis olmuş Lehman Brothers bankının hesabına 300 milyon avrodan çox vəsait köçürüb. Hadisə siyasi qalmaqala səbəb olub, mətbuat isə KfW-ni "Almaniyanın ən səfeh bankı" adlandırıb.

KfW Deutsche Bank və Commerzbank-dan sonra Almaniyanın üçüncü ən iri bankıdır. Onun müşahidə şurasına maliyyə naziri Volfhanq Şoyble rəhbərlik edir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar