Xəbər lenti
“Rusiya və Türkiyə arasında Qarabağ sövdələşməsi...” - Bordaçev
Manevr.az xəbər verir ki, bunu Ermənistanın Verelq.am saytına müsahibəsində Rusiyanın “Valday” diskussiya klubunun proqram direktoru, siyasi ekspert Timofey Bordaçev deyib.
Rus ekspert “Moskva Bakı və İrəvan arasında əsas vasitəçi rolunu Qərbə verməyə hazırdırmı” sualına belə cavab verib:
“Avropa İttifaqı hər iki tərəfə onların uyğun hesab etdiyi xidmətlər təklif edə bilirsə, niyə də sülh prosesində iştirak etməsin? Ermənistan və Azərbaycan dövlət başçılarının bu yaxınlarda Avropa yüksək vəzifəli rəsmisinin iştirakı ilə keçirilən görüşü çox müsbət idi. Yəni belə görüşlərə ehtiyacın olmadığını deməyə əsas yoxdur. Söhbət ondan gedir ki, başqaları region ölkələrinə etibarlı təminat verə biləcəkmi? İndiyədək belə nümunələr olmayıb, amma gələcəkdə niyə olmasın - bu, son nəticədə Ermənistan və Azərbaycanın işidir”.
Erməni jurnalist rus ekspertə belə bir sual da ünvanlayıb:
“Ermənistanda qorxular var ki, Ukrayna məsələsində Türkiyənin dəstəyini almaq üçün Rusiya Qarabağ məsələsində onunla sövdələşə və kompromisə gedə bilər. Ermənilər bu qorxularında nə qədər haqlıdırlar?”.
Timofey Bordaçev suala bu cavabı verib:
“Mənim belə bir narahatlığım yoxdur. Anladığıma görə, Rusiya və Türkiyə arasında münasibətlər strateji müstəvidə inkişaf edir və burada heç bir mübadilədən danışmırıq. Üstəlik, Türkiyənin rolu tamamilə göz qabağındadır - o, Ukraynaya ən əhəmiyyətli silah tədarükçüsü və eyni zamanda, Rusiyanın iqtisadi tərəfdaşıdır”./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar