Xəbər lenti
Kremldən açıqlama: "Ukraynada əməliyyat tezliklə başa çatacaq"

Rusiya Federasiyasının Ukraynadakı "xüsusi hərbi əməliyyatı" tezliklə başa çata bilər.
Manevr.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib."Rusiya hərbçiləri əməliyyatı başa çatdırmaq üçün bütün səylərini göstərir. Ümid edirik ki, yaxın günlərdə, yaxın gələcəkdə əməliyyat öz məqsədlərinə çatacaq. Münaqişə Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlarla vasitəsi ilə yekunlaşacaq",- deyə o, müsahibəsində bildirib.

Peskov onu da bildirib ki, xüsusi əməliyyatın məqsədlərindən biri Ukraynanın NATO-ya daxil olması və Krıma hücum etməsi halında baş verəcək üçüncü dünya müharibəsi təhlükəsinin qarşısını almaq olub.
Bundan əvvəl Kreml sözçüsü: “Rusiya əsgərləri Mariupolu ukraynalı millətçilərdən tezliklə azad edəcək”,- deyə bildirmişdi.
Qeyd edək ki, bu gün Rusiya hərbçiləri Donetsk vilayətində Kramatorsk dəmir yolu stansiyasına iki raket atıb. Hadisə yerində olan Ukrayna polisi bu raketlərin "İsgəndər" tipli olduğunu güman edib. İlkin məlumata görə, nəticədə 30 nəfər ölüb, 100-dən çox adam yaralanıb.
Bundan əvvəl Rusiyanın qoşunlarını Ukraynanın şimalından geri çəkərək şərq və cənub-şərq istiqamətinə topladığı barədə məlumat verilmişdi. Və qüvvələrin bir istiqamətə cəmləşdirilməsi daha kəskin hücumun planlaşdırılacağına işarədir. Bu hadisələrin fonunda Peskovun "xüsusi hərbi əməliyyatı tezliklə başa çatacaq" deməsi bir təhdid kimi də anlaşıla bilər. Yəni "danışıqlarda güzəştə gedilməsə, daha çox insan qırılacaq" hədəsi kimi də başa düşülə bilər. İndiki şəraitdə Peskovun iddiası "güzəştə məcbur etmək" təhdidi kimi səslərir./bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar