Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Siyasəti neft dəyişir: Rusiyanı İran əvəzləyir

Tarix: 08-04-2022 10:36     Baxış: 4259 A- / A+




İran İslam Respublikasının Qərbin sanksiyaları əsasında illər əvvəl "dondurulmuş" 7 milyard dollarlıq bank aktivləri artıq istifadə üçun yararlı olacaq.
Tehran bununla bağlı olaraq bir sıra ölkələrlə anlaşma imzalayıb.
Manevr.az milli.az-a istinadla bildirir ki, danışıqlar aparılan ölkələrin adları açıqlanmır.
İranın "dondurulma"dan qurtulan valyuta aktivləri ölkənin bank hesablarına keçiriləcək. Proses 1974-cü ildə Britaniyanın İran hesablarına 500 milyon dollar köçürməsinə bənzəyəcək: London həmin pulları İrana tankların verilməsi ilə müqaviləyə əməl etmədiyinə görə ödəmişdi.

İranın xaricdəki bank hesablarının dondurulmasının əsas səbəbi ölkənin həyata keçirdiyi nüvə proqramıdır. Tehran həmin bank aktivlərinə qoyulmuş yasaqların ləğvini dəfələrlə tələb edib. Məsələn, İran ABŞ-a müraciət edərək 10 milyard, Cənubi Koreyaya üz tutaraq 7 milyard dollarlıq aktivlərin "donunun açılması"nı istəmişdi.
Bu arada dünya neft bazarında İran sanksiyalara məruz qalmış Rusiyanı əvəz edə bilər.
Bunu xammal tədqiqatları sahəsində dünya liderlərindən olan "Kpler" şirkəti bildirib.
Belə ki, "Singapore Maritime Week" (Sinqapur dənizçilik həftəsi) çərçivəsində keçirilən Baltik birjası yükdaşımalar forumunda iştirak edən qurum nümayəndəsi Rusiyanın gündəlik xam neft ixracının qarşıdakı dövrdə 1,5 milyon barelədək azala biləcəyini diqqətə çatdırıb.
"İran nüvə proqramına dair sövdələşmənin may ayında imzalanacağını gözləyir, ona görə də hasilatın artacağını güman edirik. Qarşıdakı üç ay ərzində gündəlik hasilatda 1 milyon barelədək, sonrakı 7 ayda isə 1,3 milyon barelədək artım görəcəyimizi düşünürük",- "Kpler"in Asiya-Pasifik regionu üzrə aparıcı eksperti Kevin Rayt deyib.
Onun fikrincə, enerji daşıyıcıları tədarükündə Rusiyadan asılı vəziyyətinə son qoyumağa can atan Avropa çox güman ki, "Urals" əvəzinə İranın "API" markalı yüngül neftinə üz tutacaq.
Qurum nümayəndəsi həmçinin qeyd edib ki, İranda yerüstü anbarlarda olan neftin həcmi 2021-ci ilin ortalarındakı 63 milyon bareldən 54 milyon barelədək geriləyib, eyni müddət ərzində gündəlik neft ixracı 600 min bareldən 800 min barelədək artırılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar