Xəbər lenti
Bolqarıstan polisi Rumıniyanın keçmiş nazirini saxlayıb

Bu barədə Bolqarıstanın Daxili İşlər Nazirliyinin mətbuat mərkəzinin yaydığı məlumatda deyilir.
"Aprelin 7-də Milli Polis Rumıniya polis orqanlarından ölkədə avtomobilin və onun içindəkilərin aşkarlanmasına köməklik göstərilməsi xahişi ilə təcili sorğu alıb. Xüsusilə, korrupsiyaya görə 6 il müddətinə azadlıqdan məhrum edilmiş rumıniyalı qadının avtomobildə olduğu güman edilirdi. Sonuncu Bolqarıstan-Yunanıstan sərhədindəki “Kulata” sərhəd-keçid məntəqəsi yaxınlığında aşkarlanıb və həbs qərarı əsasında 24 saat saxlanılıb”, - xəbərdə deyilir.
Rumıniya xüsusi xidmət orqanlarının məlumatına görə, Udrya vəzifəsində olarkən müxtəlif şirkətlərdən 1,1 milyon avrodan çox rüşvət alıb və ona qarşı ekstradisiya proseduru başlanacaq.
Rumıniyanın keçmiş regionların inkişafı və turizm naziri Yelena Udrya 2017-ci ilin martında da vəzifə səlahiyyətlərini aşdığı üçün 6 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş nazir 2011-ci ildə rəhbərlik etdiyi Regionların İnkişafı və Turizm Nazirliyinin büdcəsindən rumıniyalı boksçu Luçiana Bute və fransalı idmançı Jan-Pol Mendi arasında keçirilən yarışa maliyyə vəsaitinin ayrılması haqda göstəriş verərək, vəzifə səlahiyyətini aşıb.
Y.Udrya boks yarışlarını turist obyektlərində keçirilməsinin təşkilinə və turizm infrastrukturu tikintisinə kommersiya təşkilatlarından maliyyə vəsaiti alırmış. Bu iş üzrə bir neçə nəfər barəsində cinayət işi açılıb. Rumıniya Boks Federasiyasının sədri Rudel Obrej 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Y.Udrya 2008-2012-ci illərdə Emil Bokanın hökumətində nazir postu tutub. report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar