Xəbər lenti
Rusiyada çevriliş ehtimalı - Bu, Kreml tarixində ən riskli əməliyyat ola bilər

Manevr.az xəbər verir ki, nüfuzlu nəşrlər rus ordusunun hərbi cinayətlərindən bəhs edir, Putinin qızlarına qarşı sanksiyaların tətbiq edilməsinin səbəblərini yazır, Moskvada dövlət çevrilişi ehtimalını şərh edirlər.
Amerikanın "Vashington Post” qəzeti Rusiyada dövlət çevrilişi ehtimalını tarixi təcrübəyə əsaslanaraq təhlil edib.
Qəzetin qeyd etdiyi kimi, total təbliğat və əhalinin həqiqətə çıxış imkanının olmaması səbəbindən xalq üsyanı şansları azdır.
"Amma diktatorun yaxın çevrəsi arasında üsyan cəhdi mümkündür. Lakin bu, yəqin ki, Kreml tarixində ən təhlükəli və yüksək riskli əməliyyat olardı”,-deyə "Vashington Post” qəzeti Rusiyada dövlət çevrilişi ehtimalı haqda yazıb.
"Nyu York tayms” yazır ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyanın Ukraynaya müdaxiləsi zamanı törədilmiş hərbi cinayətlərin, o cümlədən mülki və qeyri-hərbi binaların qəsdən atəşə tutulması ilə bağlı təhqiqatın aparılmasına səs verib.
"Reuters” ABŞ-ın Rusiya prezidenti Vladimir Putinin qızlarına qarşı sanksiyalar tətbiq etməsinin səbəblərini açıqlayıb. Ağ Evin fikrincə, Putinin öz əmlakını ailə üzvləri vasitəsilə gizlətdiyini düşünməyə əsas var. Xüsusilə, bu aktivlər ABŞ yurisdiksiyasında gizlənə bilər.
Almaniyanın "Der Spiegel" jurnalı Rusiya ordusu tərəfindən şok talan hadisələri haqqında yazır. Nəşr bildirir ki, rus qoşunları hara çəkilirsə, orada kütləvi quldurluq izləri qalır.
"Əsgərlər qəniməti evlərinə qohumlarına göndərirlər. Bütün bunlar ordunun fəlakətli vəziyyətindən xəbər verir: özləri ilə televizor, soyuducu, hətta paltaryuyan maşın da aparırlar”5.
Bu arada sosial şəbəkəsində rusiyalı qarətçilər haqqında fotolar yayılır: onları siçan tələsindən pendir oğurlayan gəmiricilərlə müqayisə edirlər./sfera.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar