Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu, Rusiyanın intiharı olacaq”

Tarix: 07-04-2022 07:19     Baxış: 3254 A- / A+
“Bu, Rusiyanın intiharı olacaq”
"Əgər Rusiya müharibəni davam etdirmək qərarına gəlsə, bu, onların intiharı olacaq”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib. 

Zelenski qeyd edib ki, Rusiya hərbçiləri taktikanı dəyişib və öldürülən ukraynalıların cəsədlərini işğal olunmuş ərazilərdə küçələrdən və zirzəmilərdən çıxarmağa çalışır:

“Bu, sadəcə sübutları gizlətmək cəhdidir. Amma onlar buna nail ola bilməyəcəklər, çünki çoxlu insan həlak olub. Bunun da məsuliyyəti olacaq. Biz minlərlə itkin insan haqqında məlumatlıyıq. Obyektiv araşdırmalar, peyk görüntüləri və həqiqəti üzə çıxarmağa kömək edən digər vasitələr sayəsində Rusiyanın Ukrayna ərazisində törətdiyi hərbi cinayətlərin əksəriyyəti ilə bağlı bütün hallar aydınlaşdırılacaq. Əgər dünya Rusiya hərbçilərinin Ukrayna ərazisində törətdiklərini soyqırım adlandırmağın icazəli olub-olmaması ilə bağlı müzakirələrə başlayıbsa, o zaman həqiqət axtarışını artıq dayandırmaq olmaz. Bunu geri götürmək mümkün deyil”.

Zelenski bildirib ki, Ukraynaya qarşı növbəti təcavüzdən tez bir zamanda imtina etməklə Rusiya dövlətçiliyinə və Rusiyada əsas qərarlar qəbul edən şəxslərə dəyən ziyanı azaltmağa çalışmaq olar:

“Əgər belə deyilsə, heç nə dəyişməyibsə, bu, Rusiyanın intihardır. Müharibənin davam etdirilməsi variantını seçən hər kəs intihardır”. qafqazinfo 

Manevr.az 





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar