Rusiya qoşunlarının Kiyev vilayətindən çıxarılması əmrini şəxsən prezident Vladimir Putin verib.
Manevr.az xəbər verir ki, bunu Fransanın LCI telekanalına müsahibəısində Kremlin rəsmi nümayəndəsi – Putinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu, xoşməramlılıq jesti kimi danışıqlar üçün əlverişli şərait yaratmaq naminə lazım idi”, - dövlət başçısının mətbuat katibi bildirib.
Kreml sözçüsü onu da əlavə edib ki, Rusiya hakimiyyəti danışıqlar zamanı ciddi qərarlar qəbul edə bilər və bu səbəbdən prezident Vladimir Putin qoşunların bölgədən çıxarılmasını əmr edib.
Martın 30-da Rusiya Federasiyası Silahlı Qüvvələri Ukraynada iki istiqamətdən - Kiyev və Çerniqov vilayətlərindən geri çəkilib. Rəsmi Moskva bunu belə izah edib ki, geri çəkilmə Rusiyanın Ukraynadakı “xüsusi hərbi əməliyyatının birinci mərhələsi”nin bütün məqsədlərinə nail olunması ilə bağlıdır./modern.az
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar