Xəbər lenti
Buça qətliamının əmrini verən generalla bağlı ilginc fakt - Qohumu danışır
Manevr.az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Çerkas vilayəti üzrə departamenti Uman yaxınlığındakı Tekuça kəndinin sakini Aleksandr Qerşuna istinadən məlumat verib.
Onun sözlərinə görə, rus generalı Şkolenko onun qohumudur. Aleksandr Qerşun bildirib ki, belə bir xailə qohumluq bağlarının olduğuna görə təəssüflənir və onu "vəhşi məxluq" adlandırır.
Kənd sakinin sözlərindən aydın olur ki, Buça və İrpində vəhşiliklər törətmək əmrini məhz Vitali Şkolenko verib. Halbuki, bu şəhərlərdə çox sayda qohumları var. Aleksandr Qerşun hətta iddia edir ki, general özü bir neçə dəfə bu şəhərlərdən qohumlarına baş çəkməyə gəlib.
Tekuça sakini bildirir ki, Rusiya generalı hansı şəhərlərin bombalanacağını dəqiq bilirmiş. Amma qohumluq əlaqələri belə onun qarşısını kəsməyib.
ARAYIŞ: Aprelin 1-də Buça meri Anatoli Fedoruk Ukrayna hərbçilərinin rus işğalçılarını şəhərdən qovduğunu təsdiqləyib. Geri çəkilən ruslar qəsəbə daxilində mülki tikililəri, infrastruktur obyektlərini və bəzi əraziləri minalayıblar. Mer bildirib ki, Ukrayna hərbçiləri burada 280 insanın dəfn olunduğu kütləvi məzarlıq aşkarlayıb, şəhərin dağıdılmış küçələri meyitlərlə doludur, təkcə bir küçədə mülki geyimli azı 20 kişinin cəsədi tapılıb. Həlak olanlar arasında uşaqlar da var.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar