Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Fransa meydan"ında separatçıların bayrağı: Təsadüf? Nə baş verir?

Tarix: 06-04-2022 07:33     Baxış: 3254 A- / A+
Bir qədər əvvəl İrəvanda hökumətin hesablamalarına görə təxminən 11 min, müxalifətin hesablamalarına görə isə 20 min insanın iştirakı ilə anti - Paşinyan mitinqi baş tutdu.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının ideoloji və təşkilati işlər, sosial məsələlər üzrə müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov açıqlamasında bildirib ki, mitinqdə Serj Sarkisyan, Naira Zohrabyan, İşhan Saqatelyan və sairləri iştirak edərək Azərbaycan və Türkiyə ilə yeni danışıqlarla bağlı hakimiyyəti xəbərdar etdilər.

Müxalifət aşağıdakı tələbləri irəli sürdü:

1. Ermənistan Qarabağın təhlükəsizliyinin və öz müqqədaratının təyin etməsinin qarantı olmalıdır.

2. Qarabağa Azərbaycanın tərkibində hər hansı status verilməsinin rədd edilməsi.

3. Qarabağ anklav olmamalıdır. Etibarlı quru sərhəddi istənilir.

4. 1994 - cü ildə ATƏT sammiti  çərçivəsində qəbul edilən danışıqlar formatı bərpa edilməlidir.

5. Dəhliz verilməməlidir.

6. Sərhədlərin demarkasiyası və delimitasiyası hələlik reallaşmamalıdır.

7. Qarabağdakı ermənilərinin müqqədaratı təyin edilməli, bu mövzuda onların hüquqlarını daraldacaq heç bir sənəd imzalanmamalıdır.

8. Türkiyə ilə danışıqlarda "soyqırımı" sual altına qoyacaq heç bir sənədə imza atılmamalıdır.

Xatırladım ki, mitinq getdiyi vaxt Paşinyanın Brüsselə səfəri başlayıb. Onun Blinkenlə telefon danışığı baş tutub. Müxalifət isə, sabahdan regionlarda da mitinqlərin keçirilməsi üçün tərəfdarlarına çağırış edib. Onlar Paşinyanın istefası üçün tədricən ümümxalq mitinqlərinə başlamaq niyyətindədirlər.

Baş verən hadisələrdə diqqətdən yayınmayan ən əsas fakt var. Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqqının təşkilatçılığı ilə təşkil edəcəyi 6 aprel görüşünə bir neçə gün qalmış  gözlənilmədən müxalifətin 2 siyasi bloku küçə mitinqlərinin keçirilməsinə qərar verir. Serj Sarkisyan hansı ki, 4 il ərzində evdə oturub hadisələrə seyr etməyə üstünlük verirdi , indi "küçə ulduzu" olmağı iddiasına düşüb.

Təbii ki, baş verənlər ABŞ- Rusiya arasındakı geosiyasi münaqişə prizmasından təhlil edilməlidir. Ukraynada baş verənlər və Qafqazda son proseslər fonunda Vaşinqton yaxın aylar ərzində Nikol Paşinyana maksimum dəstək verməyi və onun zor gücü ilə hakimiyyətdən getməməsi üçün əlindən gələni edəcək. ABŞ Saakaşvili - İvanişvili "səhvinin" Ermənistanda təkrarlanmaması üçün Paşinyanın daxili auditoriyada reytinqini qoruyacaq addımları atmağa cəhd göstərəcək. Bu isə o deməkdir ki, Qarabağın dağlıq hissəsi və demarkasiya- delimitasiya məsələlərində  yaxın 6 ayda ABŞ tərəfindən status - kvonun qorunmasına üstünlük veriləcək.  Bunlar daha çox Azərbaycan və Ermənistan arasındakı məsələlərə aiddir. Türkiyə - Ermənistan mövzusunda isə, əksinə, Vaşinqton Ankara ilə İrəvan arasında yeni münasibətlərin qurulması və sərhədlərin açılmasını dəstəkləyəcək.

Digər diqqət yetirməli olduğumuz  digər məqam 9 aprel Moskvada baş tutmalı olan Putin- Paşinyan görüşü ilə bağlıdır.  Görünən odur ki, Rusiya Ermənistandan yeni qarantiyalar və imzalanacaq sənədlər istəyir. Paşinyan isə, 2 ay idi ki, vaxt aparmaqla məşqul idi. Nikolun Moskva qarşısında vaxt uzatması Fərruxlu yüksəkliyi ilə bağlı vəziyyətin dəyişməsinə və bu gün  mitinqin baş tutmasına gətirib çıxartdı. Beləcə, Kreml öz dişini Ermənistan hökumətinə göstərmiş oldu.

Mövcud reallıqlar fonunda yaxın aylar ərzində Azərbaycan və Ermənistan arasındakı danışıqlarda hümanitar məsələləri çıxmaq şərtiylə, ələlxüsus siyasi mövzularda hər- hansı irəliləyişin olması gözlənilmir.

Lakin... Çox güman ki, bu dəfə də Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin Şarl Mişel tərəfindən təkbətək söhbət etmələrinə imkan yaradılacaq. Paşinyan ağıllı olsa , yegane xilas yolu olan tərəflə açıq söhbət edər. lent.az

Manevr.az..

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar