Sizin Reklam Burada
Xəbər lenti
25-12-2025
24-12-2025
23-12-2025
BÜTÜN XƏBƏRLƏR

Qadın hərbçilərimizi soyundurdular, başlarını daz qırxdılar

Tarix: 05-04-2022 22:52     Baxış: 4236 A- / A+
Ukraynanın ombudsmanı Lyudmila Denisova Rusiya hərbçilərinin hərbi əsirlərə əzab vermələri ilə bağlı BMT Komissiyasına müraciət edib.

Rusiya əsirliyindən azad edilən 86 hərbçi arasında əsirlikdə işgəncə və pis rəftara məruz qalan qadınlar da var.

Manevr.az milli.az-a istinadən xəbər verir ki, bunu Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisova Telegram-da qeyd edib.

Onun sözlərinə görə, ukraynalı hərbçi qadınlar Belərus ərazisinə, daha sonra Bryanskdakı (RF) istintaq təcridxanasına aparılıb. Orada qadınlar işgəncələrə məruz qalıb və hədələnib.

"Qadın hərbçilər kişilərin gözü qarşısında lüt soyundurub çömbəlməyə vadar ediblər, başlarını daz qırxıblar. Sürəkli dindirmələr apararaq onları "sındırmağa" çalışıblar. Hərbi əsir qadınların bəziləri təbliğat xarakterli süjetlərin çəkilişlərində iştirak etməyə məcbur edilib, onlardan rus dilində danışmaq tələb olunub", - ombudsman vurğulayıb.

Denisovanın dediyinə görə, Rusiya Federasiyasının hərbçilərinin bu cür hərəkətləri hərbi əsirlərlə rəftar haqqında Cenevrə Konvensiyasının hərbi əsirlərlə humanist rəftarı nəzərdə tutan 13-cü maddəsinin pozulmasıdır. Onlar həmişə zorakılıq və ya hədə-qorxu aktlarından, eləcə də təhqir və ictimai maraqdan qorunmalıdırlar.

Aprelin 1-də "Xalqın qulluqçusu" fraksiyasının sədri David Arakhamia bildirib ki, Rusiya ilə hərbi əsir mübadiləsi aparılıb: "Türkiyədə əldə olunan razılaşmalar sayəsində əsirlərin mübadiləsini uğurla həyata keçirmişik. Biz bunu bacardıq. 15-i qadın olmaqla 86 hərbçimiz geri qaytarılır".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar