Sizin Reklam Burada
Xəbər lenti
24-12-2025
23-12-2025
BÜTÜN XƏBƏRLƏR

Daha bir ölkə rusiyalı oliqarxlara sanksiya tətbiq etdi - Siyahı

Tarix: 05-04-2022 14:38     Baxış: 3248 A- / A+
Yeni Zelandiyanın Rusiya prezidenti Vladimir Putin və ya Rusiya hökuməti ilə yaxın əlaqələri olan oliqarxları hədəf alan yeni sanksiyaları bu gecə yarısı qüvvəyə minəcək.
Manevr.az xəbər verir ki, bunu Yeni Zelandiyanın xarici işlər naziri Nanaia Makhuta açıqlayıb.
Nazir Putin və onun hakimiyyətini dəstəkləyənlərə real təzyiq etmək üçün beynəlxalq ictimaiyyətlə birlikdə çalışdıqlarını deyib: “Hökumətimiz rusiyalı oliqarxlar, rus rejimi və ya Rusiya prezidenti ilə yaxın ailə bağı olan daha 36 nəfərə qarşı sanksiyaları təsdiqlədi. Bu siyahıya Rusiyanın bəzi ən varlı iş adamları, eləcə də ölkənin ən böyük şirkətlərinin prezidentləri və baş icraçı rəhbərləri daxildir. Onlar Yeni Zelandiyaya gedə, aktivlərini köçürə və ya digər ölkələrin onlara tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün maliyyə sistemlərimizdən istifadə edə bilməyəcəklər”.
Nanaia Makhuta təxminən 3 həftə əvvəl Yeni Zelandiya parlamentində Rusiyaya qarşı sanksiya qanununun qəbulundan sonra ikinci raund sanksiyanın təsdiqlənəcəyini vurğulayıb: "Hökumətin qanun çərçivəsində ilk sanksiyaları 19 təşkilatı, Putini və milli təhlükəsizlik şurasının üzvlərini hədəf alıb. Bundan əlavə, 364 nəfərin Yeni Zelandiyaya səfəri qadağan edilib. Yaxın həftələrdə daha çox tədbirlər görüləcək"./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar