Xəbər lenti
Rusiya diplomatları kütləvi şəkildə Avropadan qovulur
Ukraynanın Kiyev vilayətinin Buça şəhərini bir aydır nəzarətdə saxlayan Rusiya qüvvələri bir neçə gün əvvəl şəhərdən çəkilib. Bundan sonra şəhərə daxil olan Ukrayna ordusu küçələrdə və evlərdə çoxlu sayda mülki şəxsin cansız bədəni ilə qarşılaşıb.
Manevr.az xəbər verir ki, Buçadakı vəhşiliklərdən sonra Almaniya bir çox Rusiya diplomatının ölkəni tərk etmələrini istəyib.Almaniyanın Xarici İşlər naziri Annalena Baerbok 40 Rusiya diplomatının 5 gün ərzində ölkəni tərk etmələrini istədiklərini açıqlayıb. Baerbok Rusiyaya qarşı mövcud sanksiyaların sərtləşdiriləcəyini, Almaniyanın Ukrayna Silahlı Qüvvələrinə dəstəyini artıracağını, NATO-nun şərq cinahının gücləndiriləcəyini də vurğulayıb.
Xarici İşlər Nazirliyindən verilən açıqlamada Rusiyanın Almaniyadakı səfiri Sergey C.Neçayevin nazirliyə çağırıldığı və 40 diplomatın arzuolunmaz elan edildiyini bildirilib.
Almaniya hökuməti də Rusiyanın Ukraynanın Buça şəhərində törətdiyi qırğına cavab olaraq Rusiyaya qarşı yeni cəza tədbirləri görməyə qərar verdiyini açıqlayıb. Belə ki, Almaniyanın bir çox Rusiya diplomatını qovmasından sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mövzu ilə bağlı açıqlamalar verib.
Rusiya mətbuatına açıqlama verən Zaxarova Almaniyanın 40 diplomatı ölkədən çıxardığını təsdiqləyib və "Almaniya siyasi mexanizminə lazımi cavabı verəcəyik",- deyə bildirib.
Onu da qeyd edək ki, Almaniyadan sonra bir çox Rusiya diplomatları Fransada da “persona-non-qrata” elan edilib. Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "Fransa bu axşam diplomatik statusu olan və fəaliyyəti bizim təhlükəsizlik maraqlarımıza zidd olan bir çox Rusiya vətəndaşını ölkədən çıxarmaq qərarına gəlib. Bu hərəkət ortaq Avropa yanaşmasının bir hissəsidir. Bizim birinci məsuliyyətimiz həmişə Fransa xalqının və avropalıların təhlükəsizliyini təmin etməkdir”.
Qeyd edək ki, diplomatik mənbələr Fransadan qovulacaq Rusiya diplomatlarının sayının 35 olduğunu açıqlayıb./bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar