Xəbər lenti
Ukraynada mülki şəxslərin edamı Putinin planının bir hissəsi idi - Britaniya kəşfiyyatının rəhbəri
Ukraynalı mülki şəxslərin edam edilməsi Putinin planının bir hissəsi idi - Britaniya kəşfiyyatının rəhbəri
Mülki insanların edam edilməsi Putinin Ukraynaya müdaxilə planlarının bir hissəsi idi.
Manevr.az xəbər verir ki, lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bu barədə Britaniya kəşfiyyatı MI6-nın rəhbəri Riçard Mur öz “Twitter” səhifəsində bildirib.
“Biz bilirdik ki, Putinin hücum planlarına onun hərbi və kəşfiyyat xidmətləri tərəfindən məhkəməsiz edamlar daxildir. Azad edilmiş ərazilərdən dinc əhalinin edam üsulu ilə öldürülməsi ilə bağlı xəbərlər dəhşətlidir və qanı dondurur”, - Riçard Mur vurğulayıb.
Riçard Mur həmçinin Böyük Britaniyanın xarici işlər naziri Liz Trassın Kiyev vilayətinin azad edilmiş yaşayış məntəqələrində dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsini pisləyən bəyanatını yayıb.
“Biz Ukraynanın Buça, İrpen və digər yerlərində Rusiya qoşunlarının dəhşətli hərəkətlərinə görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etməliyik. Putin rejiminə bu vəhşiliklərdə iştirakını gizlətməyə icazə verilməyəcək”, - Trass social şəbəkədə yazıb.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar