Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

“İşğal növbəsi bu üç ölkəyə çatacaq” – Putinin keçmiş dostundan şok iddia

Tarix: 04-04-2022 19:11     Baxış: 3294 A- / A+
Manevr.az xəbər verir ki, rusiyalı oliqarx Putinin Ukrayna ilə məhdudlaşmayacağını iddia edib.
“Putinin beynindəki müharibə əslində Ukrayna ilə deyil, ABŞ və NATO ilədir, bunu dəfələrlə deyib”, - deyən Xodorkovski Rusiyanın növbəti hədəfinin Baltikyanı ölkələr olduğunu - Estoniya, Latviya və Litvanın işğal oluna biləcəyini bildirib.
Rusiyanın keçmiş neft maqnatı Mixail Xodorkovski 2003-cü ilə qədər ölkəsinin ən varlı adamı sayılırdı. Putinlə siyasi səbəblərdən yolları ayrılan oliqarx maliyyə ittihamları ilə üzləşib və 9 il həbs cəzası alıb. 2013-cü ildə həbsdən çıxan Xodorkovski o vaxtdan bəri Kreml və Putini tənqid etməsi ilə diqqət çəkir.
NATO üzvü olan Baltikyanı ölkələr - Estoniya, Latviya və Litva ilə bağlı narahatlıq indiyədək təkcə Xodorkovski tərəfindən deyil, bir çox rəsmi şəxslər tərəfindən də dilə gətirilib. Bundan əvvəl Almaniya mediası Polşa, Rumıniya, Estoniya, Latviya və Litva da daxil olmaqla, Putinin işğalı təhlükəsi altında olan 5 ölkəni açıqlamışdı. ABŞ Prezidenti Co Bayden “NATO ərazisinin hər qarışını müdafiə edəcəyik” deyərək bölgəyə Amerika qoşunlarını göndərib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar