Sizin Reklam Burada
Xəbər lenti
24-12-2025
23-12-2025
BÜTÜN XƏBƏRLƏR

Serbiyadakı seçkidə insident baş verib, xəsarət alanlar var

Tarix: 03-04-2022 22:26     Baxış: 4282 A- / A+
Serbiyanın hüquq-mühafizə orqanları respublikada keçirilən parlament və prezident seçkiləri zamanı baş vermiş iki insidentlə bağlı araşdırmalara başlayıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları seçki prosesi zamanı Çaçak şəhərində və Belqradın Zemun bələdiyyəsində baş vermiş insidentlərin səbəblərini araşdırmaq üçün bütün tədbirləri görürlər.

Polisin Çacakda Serb Tərəqqi Partiyasının nümayəndəsi Bratislav Juqoviçə hücum edən şəxsin kimliyini müəyyənləşdirməyə çalışdığı bildirilir. Həmçinin Zemundakı Azad Vətəndaşlar Hərəkatının nümayəndəsi Pavel Qrboviçlə bağlı insident araşdırılır.

Hadisələrin hər iki iştirakçısının yüngül bədən xəsarətləri aldığı qeyd edilir.

Qeyd edək ki, bu gün Serbiyada prezident və növbədənkənar parlament seçkiləri başlayıb.

Yerli vaxtla saat 07:00-da ölkə üzrə 8255 seçki məntəqəsi açılıb, onlar saat 20:00-a qədər fəaliyyətini davam etdirəcəklər. apa

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar