Xəbər lenti
Putin qələbə paradı keçirəcək - CNN
Manevr.az xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının son qiymətləndirmələri ilə tanış olan bir neçə amerikalı rəsmiyə istinadən CNN məlumat yayıb.
“Rusiya Ukrayna ilə müharibə strategiyasına yenidən baxıb, diqqətini ölkənin şərqindəki Donbas və digər bölgələrə nəzarəti ələ keçirməyə yönəldib. Müharibənin başlamasından 1 aydan çox vaxt keçsə də, Rusiya quru qoşunları döyüşdükləri ərazilərə nəzarəti saxlaya bilmir. Rusiya Prezidenti Vladimir Putin qələbəni nümayiş etdirmək üçün təzyiq altındadır və Ukraynanın şərqi onun bunu tez bir zamanda edə biləcəyi yerdir. Mayın 9-u Rusiya təqvimində mühüm bayramdır, ölkənin İkinci Dünya müharibəsində nasistlərin təslim olmasını Kremlin qarşısındakı Qırmızı meydanda böyük bir qoşun və hərbi texnika paradı ilə qeyd etdiyi bir gündür. Rəsmilər bildirirlər ki, Putin həmin gün Ukrayna ilə müharibədə əldə edəcəyi hansısa qələbəni qeyd etmək istəyir” - məlumatda bildirilib.
Ancaq digər rəsmilər qeyd edirlər ki, Rusiyada həmin tarixdə bayram olsa belə, faktiki qələbə daha da uzaqda ola bilər.
Avropadan olan müdafiə rəsmisi bildirib ki, “Müharibə və ya sülh danışıqlarının statusundan asılı olmayaraq, Putin mayın 9-da parad keçirəcək”. Rəsmilərin fikrincə, may ayına qədər müharibənin bitməsi üçün bir neçə səbəb var: “Donanma tükəndikcə və fəsil dəyişdiyi üçün ağır Rusiya quru bölmələrinin manevr etməsi çətinləşəcək”.
Ukrayna rəsmiləri də bu tarixi açıqlayıblar. Ukrayna Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov bildirib ki, 9 may ərəfəsində Putin bu müharibə üçün qələbə paradını qarşısına məqsəd qoyub./publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar