Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ərdoğandan KRİTİK AÇIQLAMA: "Oynanılan oyunları pozduq"

Tarix: 02-04-2022 23:11     Baxış: 4219 A- / A+



"2023-cü ildən sonra Türkiyə tamamilə fərqli bir dövrə qədəm qoymuş olacaq".
Manevr.az xəbər verir ki, publika.az-ın "TRT Haber"ə istinadla məlumatına görə, bunu ölkə lideri Rəcəb Tayyib Ərdoğan Dolmabahçedə şəhid ailələri ilə verilən iftar yeməyində çıxış edərkən deyib.
Onun sözlərinə Ramazan ayları koronavirus epidemiyasına görə kədərli keçirilib: 
"İnşallah, bir neçə ay ərzində bunu gündəmimizdən çıxarmağı hədəfləyirik".
"Biz sıx siyasi, iqtisadi və tarixi əlaqələrimiz olan Rusiya ilə Ukrayna arasında müharibəni dayandırmaq üçün böyük səylər göstəririk.

Suriyada daha əvvəl gördüyümüz humanitar faciələr Ukraynadakı kimidir. Bu cədvəl bizə Vətənimizi qorumağın vacibliyini bir daha göstərdi", - Ərdoğan qeyd edib.
“Oynanılan oyunları pozduq”.
"Dünyanın ən köklü ənənəsi olan, dünyanın ən möhkəm birliyi olan bir xalq olaraq özümüzü heç vaxt bu vəziyyətə salmamışıq və qoymayacağıq.
Millətimizlə birlikdə üzərimizdə oynanılan oyunları bir-bir pozduq. Gələcəyimizə xələl gətirmədik. Küçələri qarışdırmaq, ölkəni od və qan içində boğmaq istəyənlərə imkan vermədik, verməyəcəyik.
İqtisadiyyatımızda gözü olanlara qarşı var gücümüzlə mübarizə aparırıq. İnşallah, biz bu mübarizəni uğurla yekunlaşdırıb ölkəmizi dünyanın ən güclü 10 iqtisadiyyatı sırasında yerləşdirəcəyik.
Təbii ki, çətinliklərimiz var. Ancaq unutmayın ki, bizim də imkanlarımız var. Təbii ki, bizim problemlərimiz var. Ancaq unutmayın ki, ümidimiz daha böyükdür. Hər şeydən əvvəl əlimizdə olanların qədrini bilməliyik.
Dünya iqtisadi sarsıntıların gətirdiyi işsizlik ağrısını çəkərkən, biz məşğulluq, istehsal və ixracatımızla hədəflərimizə doğru addım-addım irəliləyirik. 2023-cü ildən sonra Türkiyə tamam başqa bir dövrə qədəm qoymuş olacaq.
İnanırıq ki, şəhidlərimizə, qazilərimizə rəhmət borcumuzu ödəməyin ən yaxşı yolu ölkəmizin 2023 hədəflərinə çatmaq və 2053 baxışını gənclərimizin öhdəsinə buraxmaqdır", - Ərdoğan bəyan edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar