Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rus ordusu ikinci müharibə cəbhəsini AÇDI – Moldovanın bu ərazilərində…

Tarix: 02-04-2022 20:34     Baxış: 4270 A- / A+


Rusiya Ukrayna ilə sərhəddə təxribatlar törətmək üçün Moldovanın Dnestryanı bölgəsində yerləşən qoşun hissələrini cəlb etməyə başlayıb.
Manevr.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda bildirilib ki, bəzi ərazilərdə rus qüvvələrinin geri çəkilməsi qeydə alınıb. Bunun Slobojanski, Donetsk və Luqansk bölgələrində növbəti hücum əməliyyatları üçün qoşunların qruplaşdırılmasını gücləndirmək məqsədi daşıdığı deyilib.
Həmçinin qeyd edilib ki, rus ordusu “könüllülər” adlandırılan qüvvələrin də əməliyyatlara cəlb olunması işini gücləndirib.
Baş Qərargahdan verilən məlumata görə, Rusiya Müdafiə Nazirliyi aprelin 4-dən mayın 23-dək ehtiyatda olan hərbçilərlə hərbi görüşlər keçirməyə qərar verib. Ukrayna ilə sərhəddə təxribat və qarışıqlıq yaratmaq üçün Moldovanın Dnestryanı bölgəsində yerləşən Rusiya qoşunlarının bölmələrinin bu prosesə cəlb edilməsi istiqamətində işlər gücləndirilib.
Açıqlamada o da bildirilib ki, Rusiya qoşunları Luqansk vilayətində ağır itkilər verməkdə davam edir. Son bir həftə ərzində rus ordusunun təkcə 2-ci Ordu Korpusu adlandırılan bölməsi 800-dən çox itki verib./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar