Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

“Ukrayna Türkiyədən dərhal sonra...” – Medvedyevdən ironiyalı sözlər

Tarix: 02-04-2022 14:38     Baxış: 3295 A- / A+
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Ukraynanın Avropa Birliyinə üzvlüyü ilə bağlı mövqeyini açıqlayıb.
Manevr.az xəbər verir ki, Rusiya rəsmisi Kiyevin istəyinə ironiyalı yanaşıb.
“Bununla bağlı yaxın keçmişə aid tarixi bir söhbət var. Bunlar Viktor Çernomırdinə (Rusiyanın keçmiş baş naziri – red.) aid sözlərdir. Ukraynada səfir olduğu dövrdə ondan soruşurlar ki, Ukrayna nə vaxt Avropa Birliyinə daxil olacaq? Cavab verir ki, Türkiyədən dərhal sonra. Yenə soruşublar ki, bəs Türkiyə nə vaxt üzv olacaq? Qayıdır ki, Türkiyə? Heç vaxt”, - Medvedeyev deyib.
Türkiyə 1987-ci ildə rəsmi qaydada Avropa Birliyinə üzvlük üçün müraciət edib. 1999-cu ildə AB üzvləri tərəfindən namizəd kimi qəbul edilən Türkiyə 2005-ci ildə tam üzvlük danışıqlarına başlayıb. Rəsmi Ankara bunun üçün bütün öhdəliklərini yerinə yetirdiyini bildirsə də, Brüsselin müxtəlif bəhanələrlə bu prosesi uzatdığı deyilir./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar