Xəbər lenti
Zelenskidən Rusiyadakı partlayışla bağlı AÇIQLAMA - “Əmrimi müzakirə etmirəm”
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Belqorod vilayətində silah-sursat və neft anbarlarında baş verən partlayışlarla bağlı danışıb.
Manevr.az xəbər verir ki, Zelenski bu partlayışların Ukrayna Silahlı Qüvvələri tərəfindən törədilib-törədilmədiyinə dair suala cavabında bildirib ki, Ali Baş Komandan kimi heç bir əmrini müzakirə etmir:
“Bağışlayın, mən Ali Baş Komandan kimi heç bir əmrimi müzakirə etmirəm. Elə şeylər var ki, onları yalnız Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri ilə bölüşürəm. Bizim üçün vacibdir ki, bütün dünya müharibə şəraitində olan bir ölkə olduğumuzu bilsin. Bizə hücum edildi. Vacib olan budur. Bu, ən böyük faciədir. Düzünü desəm, bu haqda danışmaq qeyri-peşəkarlıqdır".
Ukrayna Prezidenti qeyd edib ki, ruslar ərazimizi işğal edib: "Bu müharibə 8 ildir davam edir, ona görə də bu və ya digər vəziyyətdə nə baş verirsə, şərh vermək mənim üçün çətindir”.
Xatırladaq ki, ötən gün Ukrayna ilə sərhəd olan Rusiyanın Belqorod şəhərində yerləşən neft anbarında güclü yanğın baş vermişdi. Rusiya neft bazasının Ukraynaya məxsus helikopterlərlə vurulduğu və partlayışın da bu səbəbdən baş verdiyi barədə xəbər yaymışdı.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar