Xəbər lenti
Ermənistanın Rusiyaya yardımı peyk görüntüləri ilə təsdiqləndi - İFŞA OLUNDU
Manevr.az xəbər verir ki, "Haber Global” bu xəbəri dərc etdikdən sonra Ermənistan inkar yolunu seçib. Ermənistanın Baş naziri Nikol Paşinyan xəbərin dezinformasiya olduğunu iddia edərək "Təyyarələrimiz heç vaxt torpaqlarımızı tərk etməyib”, - deyib. Peyk görüntüləri isə əksini deyir.
Peyk görüntüləri gerçəyi ortaya çıxarıb
Martın 18-də çəkilmiş peyk görüntülərinin birincisində Ermənistandakı hava bazasında 4 SU-30 tipli döyüş təyyarəsi görünüb.
Martın 25-də isə təyyarələr yoxa çıxıb
Martın 25-də çəkilən ikinci görüntüdə isə eyni məkanda fərqli mənzərə olub. Bu yeni görüntülərdə Rusiyaya göndərilən Su-30 təyyarələri yoxdur. Onların olduğu yerdə MİQ-29 qırıcıları var.
Ermənistan Su-30-ları nə vaxt alıb?
Su-30-lar F-14 və F-15 qırıcıları ilə rəqabət aparmaq üçün istehsal olunublar. Ermənistan Hərbi Hava Qüvvələrinin arsenalını gücləndirmək üçün 2019-cu ildə Rusiyadan 4 ədəd Su-30 sifariş verib. Tədarük 2020-ci ilin may ayında gerçəkləşdirilib.
Ermənistan təyyarələri heç istismar etmədən Rusiya Ordusunun xidmətinə təhvil verib. Erməni pilotlarla Ukrayna müharibəsi üçün Rusiyaya reaktiv təyyarələr göndərilib.
Rusiyaya daşınma güzərgahı
Təyyarələr martın 23-də Rusiyaya göndərilib. Onların yola çıxma məntəqəsi Yerevandakı Erebuni hava limanı olub. Erməni pilotların istifadə etdiyi 4 Su-30 qırıcı təyyarəsi yerli vaxtla saat 12:50-də yola düşüb. Göyçə mahalındakı Aşağı Qaranlıq şəhərindən keçən təyyarələr saat 13:14-də son dayanacağa – Rusiyaya çatıblar.
Peyk fotofaktları da bu daşınmanı sübut edib.
Beləliklə, Ermənistan öz təyyarələrini və pilotlarını Rusiya ordusunun sərəncamına verməklə Ukraynaya təcavüzün şəriyi və Rusiyanın başladığı müharibənin tərəfinə olub. Ermənistan da Rusiya kimi Qərbin sanksiyalarının hədəfinə çevrilmək riski altındadır.
"Haber Global”ın xəbəri dünyada əks-səda doğurub
"Haber Global”ın açıqladığı bu olay beynəlxalq mətbuatda böyük əks-səda doğurub. Moskva və Yerevan arasında münasibətlərdə anlaşılmazlığa səbəb olub. Məxfi bilgilərin mətbuata sızması Ermənistanı Rusiya qarşısında çıxılmaz vəziyyətə salıb. İki ölkə arasında diplomatik gərginlik yaranıb.
Suriyadan təyyarə gətiriblər, ancaq həqiqət ortaya çıxıb
Ermənistan inventarındakı təyyarə boşluğunu doldurmaq və hadisəni ört-basdır etmək üçün Suriyadan tələsik 4 Su-30 tipli döyüş təyyarəsi gətirib. Belə ki, Ermənistana məxsus təyyarələrin heç vaxt ölkəni tərk etmədiyi görüntüsü yaratmağa cəhd edilsə də, peykdən çəkilmiş şəkillər bu təkzibi iflasa uğradıb. Görüntülər heç bir şübhə yeri qoymayıb, Ermənistanın isə dünya ictimaiyyətinə yalan danışdığı üzə çıxıb.
Ermənistan sanksiya riski ilə üz-üzədir
İllərdir Cənubi Qafqazda işğal siyasəti yürüdən Ermənistan hazırda Ukraynanın işğalını dəstəklədiyi halda bütün bu hadisələr Yerevanın regional sülhə deyil, münaqişəyə xidmət etməsinə zəmin yaradıb. İndi bütün gözlər Qərbin reaksiyasındadır. İndi sual yaranır: dünya buna göz yumacaq, yoxsa Ermənistanı öz əməllərinə görə məsuliyyətə cəlb edib, sanksiyalar tətbiq edəcək? /sfera.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar