Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Kadırovçular da qorxur - onlar da qırılır, deşik-deşik olurlar”

Tarix: 01-04-2022 18:48     Baxış: 4333 A- / A+
“Kadırovçular da qorxur - onlar da qırılır, deşik-deşik olurlar”

Rusiya ordusu Çeçenistan lideri Ramzan Kadırovun döyüşçülərinin xidmətindən də istifadə edir. Onlar qeyri-adi döyüş bacarığı göstərmir. Sadəcə, dinc əhali ilə daha amansız davranırlar. Ukraynanın milli qəhrəmanı Yevgeni Mejevikin Kadırov döyüşçülərinin bir işə yaramadığını düşünür.

Manevr.az xəbər verir ki, ukraynalı döyüşçü hadisələrin mərkəzində olmasına baxmayaraq, yerli mediaya danışmağa imkan tapıb. Mejevikin stereotipləri yaxına buraxmır. Təcrübəli döyüş ustası kadırovçuların daha güclü və qəddar olması haqda deyilənləri əhəmiyyətsiz söz-söhbət sayır.
“Olsun da kadırovçular... Onların da bizim kimi əlləri, ayaqları, başı var. Onlar da qırılır, deşik-deşik olurlar. Adi insandırlar. Onlar da başqaları kimi qorxur”.
Mejevikin düşmənin böyük güc və resurs itirdiyini deyib. O, Ukrayna müqavimət qüvvələrinin daha güclü olduğuna inanır.
Kadırovun döyüşçüləri Ukraynada heç də gözləntiləri doğrultmur. Yayılan videogörüntülərdə onların necə böyük itkilər verdiyi nəzərə çarpır. Belarusda alternativ media yazır ki, həlak olan kadırovçuların meyitlərini daha çox bu ölkəyə gətirirlər. Tabutları Çeçenistana göndərməyə tələsmirlər.
Ramzan Kadırov da “yalançı qəhrəmanlıq” nümayiş etdirir. Çeçenistanın rəhbəri Ukrayna Prezidenti Vladimir Zelenskini bir neçə dəfə hədələyəndən sonra müharibə ocağına yollandığını açıqlamışdı. Fotolardan birində Kadırovun guya Mariupolda namaz qıldığı əksini tapıb. Halbuki arxada “Pulsar” yanacaqdoldurma məntəqəsi nəzərə çarpır. “Rosneft”in benzin stansiyalarına isə Ukraynada rast gəlmək mümkün deyil. Deməli, Kadırov qorxudan Ukraynaya getməyib, fotonu Rusiyada çəkdirib.
Müharibənin gedişi Rusiya ordusu üçün ürəkaçan deyil. Kreml qoşunlarının azı 17700 hərbçi itirdiyi bildirilir. 624 tank sıradan çıxıb. Ukrayna müqavimət qüvvələrinin məhv etdiyi təyyarə və vertolyotların sayı 300-ə yaxınlaşır. Rəqəmləri bir kənara qoysaq, yenə Rusiya ordusuna təsəlli olacaq çox nüans yoxdur. Kiyev uğrunda döyüşlər uduzulub. Böyük şəhərlərdə hakimiyyəti dəyişmək mümkün olmayıb. Rusiya açıq-aşkar müharibəni uduzur./bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar