Xəbər lenti
Rusiya “geri çəkilirik” mesajı vermişdi - NATO baş katibi oyunu ifşa etdi

Manevr.az xəbər verir ki, Stoltenberq Rusiyanın geri çəkilmədiyini, əksinə qüvvə topladığını bildirib.
NATO baş katibi Türkiyənin Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün sülh danışıqları üçün göstərdiyi səylərə də toxunub: “Ukrayna ilə Rusiya arasındakı danışıqlara ev sahibliyi etdiyi üçün Türkiyəyə təşəkkür edirəm”.
Danışıqların davam etdirilməsini müsbət qiymətləndirən Stoltenberq Rusiyanın hələ də niyyətinin dəyişdiyini göstərən addım atmadığına diqqət çəkib.
“Rusiyanın Ukraynadakı hücumlarını azaldacağını eşitdik, amma rus qoşunları geri çəkilmir, onlar yenidən mövqelərini dəyişirlər. Rusiya qüvvələrini yenidən qruplaşdırır, Donbas bölgəsində yeni hücuma hazırlaşır, ona görə də biz daha çox ağrı və əzablara səbəb olacaq hücumlar gözləyə bilərik”, - Stoltenberq söyləyib.
NATO baş katibi Ukraynaya hərbi dəstəyi artırdıqlarını və nəticədə son beş həftə ərzində Ukraynanın müqavimətinin asanlaşdığını deyib, ehtiyac olduğu müddətdə hərbi və maliyyə dəstəyinin davam etdiriləyini bildirib./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar