Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ruslar təsadüfən öz təyyarəsini vurdu

Tarix: 31-03-2022 09:25     Baxış: 3182 A- / A+


Rusiya hərbçiləri təsadüfən öz təyyarələrini vurublar.
Manevr.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Britaniya kəşfiyyatına istinadla məlumat yayıb.
Londonda bəzi rusların təxribat məqsədilə öz texnikalarını qəsdən məhv etdikləri iddia edilir. Bundan əlavə, rus əsgərləri zəif təchiz olunub.
Britaniyanın GCHQ kəşfiyyat xidmətinin rəhbəri Ceremi Fleminq deyib ki, Putin həm Ukraynanın müqavimətini, həm də Qərbin Ukraynanın işğalına cavab vermək əzmini lazımınca qiymətləndirməyib.

“Biz silahsız və döyüş ruhu olmayan rus əsgərlərinin əmrləri yerinə yetirməkdən boyun qaçırdığını, öz texnikalarını qarşı təxribat etdiyini və hətta təsadüfən öz təyyarələrini vurduğunu gördük”, - Fleminq bildirib.
UNİAN müxbirinin verdiyi məlumata görə, fevralın 26-da Baş Qərargah Qara Dəniz Donanmasının Rusiya gəmisinin səmada Rusiya təyyarəsini vurduğunu bildirib. Zərbənin təsadüfi olub-olmadığını müəyyən etmək mümkün olmayıb.
Daha əvvəl ABŞ kəşfiyyatı Putin və Sergey Şoyqu arasında gərginlik barədə məlumat verib. Vurğulanıb ki, Rusiya Prezidenti Ukraynaya qarşı müharibə ilə bağlı bütün baş verənlər barədə məlumatlandırılmayıb.
ABŞ hesab edir ki, Kreml rəhbərinə Rusiya ordusunun itkiləri və Qərbin sanksiyalarının daxili iqtisadiyyata real zərbəsi barədə bilərəkdən yanlış məlumat verilir. Putin faktiki olaraq doğru informasiyadan təcrid olunub.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar