Xəbər lenti
"Olduğu kimi deməliyik - Rusiya ordusu Kiyev ətrafından qaçır" - Nevzorov
"34-cü gündə Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsində açıq-aşkar dönüş nöqtəsi oldu. Kreml açıq şəkildə məğlubiyyətini etiraf etdi və güzəştə getməyə hazır olduğunu bəyan etdi" - tanınmış rusiyalı jurnalist, müxalifətçi Aleksandr Nevzorov Telegram kanalında bu vəziyyəti şərh edib.
Martın 29-da son bir neçə həftədir görünməyən Rusiyanın müdafiə naziri Sergey Şoyqu gözlənilmədən meydana çıxaraq Ukrayna Silahlı Qüvvələrini sarsıtmaq üçün “xüsusi əməliyyatın” birinci mərhələsinin güya uğurla başa çatması barədə məlumat verdi. Şoyqu Rusiyanın bütün diqqətini Donbass ərazisini ələ keçirmək məqsədinə yönəldəcəyini bildirib. Görünür, Rusiya bütün Ukraynanı ələ keçirmək planından əl çəkməyə qərar verib.Həmin gün İstanbulda Kiyev və Moskva arasında danışıqlar aparıldı və burada tərəflər şərti olaraq ilk müsbət nəticələrə nail oldular. Ehtimal edilən böyük sülh sazişinin məqamları açıqlandı.
Daha sonra Rusiya nümayəndə heyətinin rəhbəri Medinski yekun olaraq bildirdi ki, Rusiya Ukraynanın gələcəkdə Avropa İttifaqına daxil olmasının qətiyyən əleyhinə deyil. Baş verən hadisələrin fonunda Rusiya Müdafiə Nazirliyi itkilərin xüsusilə ağır olduğu Kiyev və Çerniqov istiqamətlərində hərbi mövcudluğu “kəskin şəkildə azaltmaq” qərarını açıqladı. Hətta Rusiya qoşunlarının bir hissəsinin bu ərazilərdən çıxarılması da təsdiqini tapdı. Nevzorov isə vəziyyəti şərh edərkən qeyd edib ki, artıq Kreml Ukrayna ilə növbəti böyük müharibənin mənasızlığını etiraf edib.
"Burada hər şey aydındır. Rusiya ordusu tükənib, boğulur. İndi ya təlaş içində qaçmalıdırlar, ya da özlərini elə göstərməlidirlər ki, ora getməyə ehtiyac yoxdur. Hər şeyi olduğu kimi demək lazımdır. Rusiya Federasiyasının ordusu Kiev ətrafından qaçır. Yorulmuş, yanmış və güllələnmiş vəziyyətdə. Sürətli “qaçış” və “geriçəkilmə”, banal şəkildə qaçmaq deməkdir. Bunu milyon şəkildə yumşaldılmış epitetlərlə ifadə etmək mümkündür, ancaq bu vəziyyəti dəyişmir. Bu sonun başlancığıdır”,- deyə rusiyalı müxalifətçi bildirib.
Qeyd edək ki, bir çox ekspertlərin fikrincə, Kreml əslində Kiyevlə heç bir sülh sazişi planlaşdırmır. Onlar hesab edir ki, bu geriçəkilmə, danışıqlar Rusiya qoşunlarının yenidən birləşməsinə və Ukraynaya yeni zərbə endirməsinə imkan vermək üçün vaxta hesablanıb.
Bununla belə, Rusiyadan gələn kəşfiyyat məlumatları Rusiya ordusunun döyüş qabiliyyətini itirdiyindən xəbər verir. Ölkənin bahalı bir mahribəni davam etdirmək gücü qalmayıb. Hətta Rusiaynın Krımla bağlı da güzəştə hazır olduğu deyilir. Məlumatlara görə, Rusiya Ukraynadan sadəcə olaraq, Krıma 15 il ərzində müdaxilə etməməyi istəyir.
Xatırladaq ki, Nevzorov Rusiyanın Ukraynaya hücum edəcəyini 1 il əvvəl pqoqnoz etmişdi. O, hətta Rusiyanın özünü necə biabır edəcəyini də detallarla izah etmişdi. Nevzorov 1 il əvvəl demişdi ki, müharibənin ilk 1 həftəsi ərzində Rusiya 5 min əsgərini ititərəck və ordunun necə zəif olduğu üzə çıxacaq./bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar