Bir sıra NATO ölkəsinin Ukraynaya döyüş təyyarələri və hava hücumundan müdafiə sistemləri vermək planları reallaşarsa, Rusiya “adekvat reaksiya” verəcək. “RİA Novosti” bildirir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu selektor müşavirəsində deyib.
“Biz ayrı-ayrı NATO ölkələri rəhbərlərinin Ukraynaya aviasiya və hava hücumundan müdafiə sistemləri tədarük etmək niyyətləri barədə bəyanatlarını izləyirik. Bu bəyanatlar reallaşarsa, biz adekvat cavab verəcəyik”, - Şoyğu vurğulayıb.
Xatırladaq ki, Böyük Britaniyanın baş naziri Boris Conson NATO-nun Brüssel sammitindən sonra demişdi ki, Qərb müttəfiqləri Rusiyanın hücumundan qorunmaq üçün Ukraynaya ölümcül hərbi yardımın artırılması üzərində işləyirlər. Onun sözlərinə görə, bu əlavə yardım çox güman ki, tanklara və təyyarələrə şamil edilməyəcək.