Xəbər lenti
“Kiyevi ələ keçirməsə, Rusiya nüvə zərbəsi endirə bilər” - Araşdırmaçıdan iddia
“Rusiya Ukraynaya qarşı nüvə silahından istifadə imkanını nəzərdən keçirir. Bunu Putinin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib”.
Manevr.az xəbər verir ki, bunu araşdırmaçı jurnalist Hristo Qrozev “Ukrayna 24” telekanalına deyib.
Onun sözlərinə görə, qəfil itkin düşən Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu hazırda Ufa yaxınlığındakı bunkerdədir: “Bunu uçuş məlumatları da sübut edir”.
O iddia edib ki, Rusiya faktiki olaraq nüvə ssenarisini nəzərdən keçirirsə, hərbi və siyasi liderlərini əvvəlcədən gizlədəcək.
Qrozevin sözlərinə görə, Putinin özünün Uraldan kənarda yerləşən başqa bunkerdə qalması realdır: “Rusiyanın Ukraynaya nüvə zərbəsi endirməsi haqda suala cavab vermək çətindir. Biz Rusiya xüsusi xidmət orqanlarında işləyən insanlarla çox ünsiyyətdə olmuşuq. Onlar bildirirdilər ki, Putin buna getməyə hazırdır. İndi bu adamlar deyirlər ki, Kiyevin ələ keçirilməzsə, o, belə bir əmr verə bilər. Lakin nüvə raketi havaya qalxmazdan əvvəl bütün bu əmrləri icra etməli olan beş nəfər var. Bizim mənbələr əmindir ki, bu beş nəfərdən ən azı bir neçəsi əmrə əməl etməyəcək. Putin belə bir riskin olduğunu bilir. Bu səbəbdən də belə bir əmr verib-verməyəcəyini dəqiq demək çətindir./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar