Xəbər lenti
Nemtsovun qətlində şübhəli bilinən şəxs Ukraynada çeçenlər arasında tapıldı -VİDEO

Manevr.az xəbər verir ki, lent.az-ın Ukrayna mediasına istinadla məlumatına görə, Geremeyev Mariupol yaxınlığında səhər namazının son videolarından birində görüntülənib.
Video Rusiyanın Telegram kanallarından birində yayımlanıb. Cinayətə görə cəzadan yaxa qurtaran yaraqlı Kremlin göstərişi ilə Ukraynaya gəlib.

Kadırovçuların "qəhrəmanlıqları" haqqında video demək olar çeçen dilində lentə alınıb.
Ruslan Geremeyevi rusiyalı müxalif siyasətçi Boris Nemtsovun rezonans doğuran qətlində şübhəli bilinən şəxslərdən biri kimi saxlamağa cəhd edilib.

Federal Təhlükəsizlik Xidmətinin mərkəzi aparatının əməkdaşları Dağıstan FTX şöbəsi ilə birlikdə xüsusi əməliyyat keçirsələr də, Geremeyevi saxlamaq mümkün olmayıb.
Bundan sonra Ruslan Geremeev yerli təhlükəsizlik qüvvələrinin himayəsi altında mühafizəsi möhkəmləndirilmiş Calka kəndinə köçüb və orada onu heç vaxt istintaq orqanları nə “əsas şahid”, nə də “iştirakçı” kimi saxlaya bilməyiblər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar