Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Pentaqon: Rusiya Gürcüstandan Ukraynaya qoşun yeridir

Tarix: 26-03-2022 12:14     Baxış: 3219 A- / A+
Amerika kəşfiyyatı Rusiya qoşunlarının Gürcüstandan Ukraynaya yeridildiyini qeydə alır, bu barədə cümə günü jurnalistlərə ABŞ Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndəsi bildirib. 
Manevr.az bildirir ki, xəbəri Turan-ın Vaşinqton müxbiri verib.
"Biz onların Gürcüstandan əlavə qüvvələr göndərməyə çalşdığının ilk əlamətlərini əldə etmişik", deyə Pentaqon nümayəndəsi bildirib. "Biz Gürcüstandan müəyyən sayda qoşunların yeridildiyini gördük".
Vaşinqton Kreml qoşunlarının 2008-ci ildə işğaldan sonra yerləşdiyi "Gürcüstandan müəyyən sayda qoşunun yeridildiyinin" şahidi olub, amma Müdafiə Nazirliyinin nümayəndəsi bu qoşunların nə sayını, nə haraya göndəriləcəyini, nə də Ukraynaya nə vaxt çatacağını açıqlaya bilməyib.
Pentaqonun fikrincə, bu gün Rusiya hərbiçiləri yerüstü əməliyyatlar keçirməkdə daha az maraqlıdırlar və Ukraynanın şərq hissəsində - Donbasda cəmləşiblər.
"Orada hələ qarşıda ağır döyüşlər var və biz düşünürük ki, onlar orada möhkəmlənib, gələcək danışıqlarda bundan istifadə etməyə çalışırlar".
O, həmçinin ukraynalıların Azov dənizində Berdyansk limanında Rusiyaya məxsus hərbi gəmini məhv etməsi haqqında məlumatı təsdiq edib.
Məhv edilən "Saratov" adlı Rusiya gəmisi 20-yə qədər tank daşıya bilən "Alliqator" tipli universal desant gəmisi idi. O, qurbanların sayını və ukraynalıların gəmini məhz nə ilə vurduğunu açıqlamayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar