Müharibə başlayandan indiyədək Ukraynada Rusiyanın hərbi müdaxiləsi nəticəsində artıq 135 uşaq həlak olub, 184-dən çox uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Ən çox zərər çəkmiş uşaqlar Kiyev vilayətində - 64, Xarkov vilayətində - 44, Donetsk vilayətində - 46, Çerniqov vilayətində - 34, Nikolayev vilayətində - 25, Zaporojya vilayətində - 26, Kiyev vilayətində - 16, Jitomir vilayətində - 15, Xerson vilayətində - 15 və Sumi rayonunda – 14 – olub.
Gündəlik bombardmanlar və top atəşləri nəticəsində 566 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 73-ü tamamilə dağıdılıb. 230-dan çox məktəb və 155 uşaq bağçası zədələnərək dağıdılıb.