Xəbər lenti
ABŞ-ın "S-400"ləri Ukraynaya vermək təklifinə Ərdoğandan sərt cavab
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Rusiyanın S-400 zenit-raket komplekslərinin Ukraynaya verilməsi ilə bağlı təklifinə münasibət bildirib.
Manevr.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat verib.Bundan əvvəl ABŞ Türkiyə ilə qeyri-rəsmi olaraq "S-400"lərin Rusiyanın hücumundan müdafiə olunmasına kömək etmək üçün Ukraynaya təhvil verilməsi imkanını müzakirə edib.
Ərdoğan NATO zirvəsindən qayıdarkən verdiyi açıqlamada: "Əvvəla, bu gün "S-400" haqqında dediyimiz nöqtədəyik ki, bu iş ilk növbədə bizim üçün bitdi. Bu məsələni biz artıq bağlanmış hesab edirik. Bunlar bizim öz müdafiəmizi qoruyacaq mülkümüzdür, istifadə səlahiyyətləri bizdədir, qərarı da biz veririk və bu bitdi. Başqa bir məsələ “Wall Street Journal”ın yazdıqlarına gəlincə, Kommunikasiya Direktorumuz artıq bütün həssaslığı ilə lazımi cavabı verib. Bu cavab onlara artıq kifayətdir. Bu mövzuda daha çox danışmağa ehtiyac yoxdur. Çünki onların bütün işi ortalığı qızışdırmaqdır. "Görəsən, burada Türkiyəyə hansı zərbəni vura bilərik və onu bəlaya sala bilərikmi",- deyə çalışırlar. Onlar nəsə etməməyə səy göstərirlər. Dərhal müdaxilə edirik, heç bir nəticə əldə edə bilmirlər. Odur ki, biz bizə yaradılan çətinliklərə baxmadan, onları dəf edərək yolumuza davam edirik",- deyə bildirib.
Bildiyiniz kimi, Türkiyə və Rusiya 2017-ci ildə S-400 sistemlərinin tədarükü üçün 2,5 milyard dollarlıq müqavilə imzalayıb. Vaşinqton buna cavab olaraq Türkiyəni yeni "F-35" qırıcı proqramından partnyor kimi kənarlaşdırıb və daha sonra Türkiyə Müdafiə Sənayesi İdarəsi, onun rəhbəri İsmayıl Dəmir və üç yüksək rütbəli Türkiyə məmuruna sanksiya tətbiq edib./bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar