Sizin Reklam Burada
Xəbər lenti
25-08-2025
24-08-2025
BÜTÜN XƏBƏRLƏR

İqor Strelkov: “Qarşıda Rusiyanı uzun və qanlı müharibə gözləyir”

Tarix: 25-03-2022 12:01     Baxış: 4265 A- / A+

Rusiyalı səhra komandiri, separatçı “DXR” və “LPR” birləşmələrinin yaradıcısı, Rusiya ordusunun istefada olan QRU zabiti İqor Qirkin (Strelkov) bildirib ki, Ukraynadakı müharibənin ilk ayı Rusiya üçün məyusedici nəticələrlə yadda qaldı.
Manevr.az xəbər verir ki, İctimai Xəbərlər Xidmətinin canlı efirində İqor Strelkov bildirib ki, müharibənin 29 günü ərzində heç bir sahədə strateji uğur əldə olunmayıb.

“Üstəlik, Ukrayna ordusu uğurla səfərbər olur və əks-hücumlara başlayır. Təəssüf ki, bizim uzun və qanlı müharibəyə cəlb olunacağımızla bağlı ən pessimist proqnozlarım özünü doğrultdu”.
Strelkov Rusiya hücumunun uğursuzluğunda kəşfiyyatı günahlandırır. Məhz bunun sayəsində “xüsusi əməliyyat” yanlış anlaşılma əsasında həyata keçirilməyə başlandı. Lazım olan hədəflərə ilk növbədə hücum edilməyib, bu da Ukrayna ordusunun mütəşəkkil şəkildə döyüşə qoşulmasına şərait yaradıb.
O əlavə edib ki, Rusiya hərbi sahədə uğursuzluqlarla yanaşı, həm iqtisadiyyatda, həm də xarici siyasətdə uğursuzluqlara yol verib.
Strelkov Belarus qoşunlarının müharibədə iştirak etməsi ilə bağlı məlumatları da təkzib edib və qeyd edib ki, bu halda Belarus Rusiya qoşunları üçün etibarlı müttəfiq və arxa baza kimi çıxış edir. Onun sözlərinə görə, Ukraynadakı döyüşlərdə Rusiya tərəfində yalnız Cənubi Osetiyadan olan könüllülər mütəşəkkil şəkildə döyüşür.
O, həmçinin qeyd edib ki, yaxın gələcəkdə Ukrayna daha 300 min əsgəri səfərbər edə bilər. Ekspert qeyd edib ki, əgər Moskva, ümumiyyətlə, bu müharibədə qalib gəlmək istəyirsə, Rusiyada qismən səfərbərliyə ehtiyac var./konkret.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar