Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

BMT Baş Assambleyası Ukrayna ilə bağlı qətnamə qəbul edib

Tarix: 24-03-2022 20:35     Baxış: 4181 A- / A+




BMT Baş Assambleyası Ukraynadakı humanitar vəziyyətlə bağlı Rusiya əleyhinə qətnamə qəbul edib.
Manevr.az "report"a istinadən bildirir ki, qətnamənin müəllifləri ABŞ, Ukrayna, Böyük Britaniya, Gürcüstan, Almaniya, Litva, Latviya da daxil olmaqla bir sıra ölkələrdir.
Məlumata görə, 140 nümayəndə heyəti sənədin lehinə, 5-i əleyhinə (Belarus, Eritreya, Şimali Koreya, Rusiya və Suriya) səs verib, 38-i isə bitərəf qalıb.
Qətnamə Rusiya tərəfindən Ukraynaya qarşı apardığı müharibənin dərhal dayandırılmasını tələb edir. Sənəd müəllifləri iddia edirlər ki, Rusiyanın Ukrayna ərazisinə hərbi hücumu və onun humanitar nəticələri beynəlxalq ictimaiyyətin onilliklər ərzində Avropada görmədiyi ölçülərə çatır.
Qətnaməyə əsasən, BMT Baş Assambleyası Ukrayna şəhərlərinin, xüsusən də Mariupolun blokadaya alınmasının humanitar vəziyyəti daha da gərginləşdirdiyini vurğulayır. Müəlliflər şəhərlərin blokadasına son qoyulmasını tələb edirlər.
Baş Assambleya tərəflərdən humanitar yardımın təhlükəsiz girişini tələb edir, humanitar hüququn pozulmasını pisləyir və onun həyata keçirilməsinə çağırır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar