Xəbər lenti
Ali Rada beynəlxalq təşkilatları Rusiyaya qarşı sanksiyaları gücləndirməyə çağırıb

Manevr.az xəbər verir ki, UNİAN-ın müxbirinin verdiyi məlumata görə, müvafiq qərar parlamentin bu gün keçirilən iclasında qəbul edilib.
Bildirilib ki, bu, Ali Radanın Birləşmiş Millətlər Təşkilatına, Avropa Komissiyasına, Avropa Parlamentinə, beynəlxalq təşkilatlara və onların parlament assambleyalarına, Avropa İttifaqı və NATO-ya üzv dövlətlərin parlament və hökumətlərinə, parlament və hökumətlərə, dünyanın demokratik ölkələrinə Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzünün dayandırılması və bu təcavüzün Avropanın digər ölkələrinə yayılmasının qarşısının alınması üçün əlavə birgə tədbirlərin görülməsi zərurəti ilə bağlı müraciətinə dair qərardır.
Beləliklə, Ali Rada Ukrayna xalqı adından aidiyyəti təşkilatlara müraciət edərək, mülki əhali arasında kütləvi itkilərin qarşısını almaq, qadınların, uşaqların, qocaların, eləcə də digər həssas kateqoriyalardan olan vətəndaşların həyatını xilas etmək və humanitar dəhlizlərin təhlükəsizliyini təmin etmək üçün, təcili olaraq Ukraynaya dəstək verməyə və mülki əhalinin müdafiəsi üçün qətiyyətli addımlar atmağa, xüsusən də Ukrayna üzərində uçuşa qadağan zona yaratmaq məqsədilə dərhal təsirli tədbirlər görməyə çağırır.
Ali Rada həmçinin milli parlamentlər səviyyəsində öz dövlətlərinin hökumətlərindən Rusiya Federasiyasının təcavüzkar və terrorçu dövlətinə, habelə Rusiyanın Ukraynaya silahlı müdaxiləsini hərbi infrastruktur və digər resurslarla təmin edən Belarus Respublikasına və digər dövlətlərə qarşı sanksiyaları gücləndirməyi tələb edən qətnamənin qəbul edilməsinə səsləyib.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar