Xəbər lenti
NATO Zirvəsində maraqlı görüntü: Ərdoğanı görən Bayden Consonu unutdu - Video

NATO ölkələrinin dövlət və hökumət başçılarının iştirak etdiyi fövqəladə sammit Belçikanın paytaxtı Brüsseldə NATO-nun mənzil-qərargahında öz işinə başlayıb.
Manevr.az xəbər verir ki,Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da NATO Liderlər Zirvə toplantısında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə gedib. Ərdoğan NATO-nun qərargahında keçirilən sammit çərçivəsində Fransa prezidenti Emmanuel Makron ilə ikitərəfli görüş keçirib.Görüşdən sonra Ərdoğan və Makron NATO liderlərinin ailə fotosunun çəkildiyi əraziyə gediblər. Ərdoğan fotosessiyadan əvvəl liderlərlə bir müddət söhbət edib.
Ərdoğanın danışdığı adlar arasında ABŞ prezidenti Co Bayden də var. İki liderin səmimi dialoqu kameralara əks olunub. Baydenin Ərdoğanı görən zaman söhbət etdiyi İngiltərə baş naziri Consonu unutması isə diqqət çəkən məqamlardan biri olub.
Belə ki, Bayden kollektiv fotosessiyasından əvvəl İngiltərə baş naziri Consonla danışan ABŞ prezidenti Baydenin prezident Ərdoğanı görən kimi Consona arxa çevirib.
Qeyd edək ki, NATO-nun Şərqi Avropada uzunmüddətli mövqeyinin qiymətləndiriləcəyi sammit çərçivəsində dövlət və hökumət başçıları dünən axşam saatlarından etibarən Brüsseldə ikitərəfli görüşlərə başlayıb. Görüş başa çatdıqdan sonra bəzi liderlərin ikitərəfli görüşlərini NATO-nun mənzil-qərargahında davam etdirəcəyi gözlənilir.
NATO-nun baş katibi Stoltenberq dünən verdiyi açıqlamada isə bildirib ki, sabah sammitdə daha çox qərarlar alınacaq. O, alyansın şərq cinahında quruda, havada və dənizdə qüvvələrin sayını artıracaqlarını, ilk addım olaraq Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyaya daha çox qoşun yeridiləcəyini bildirib.bizimyol.info
Manevr.az
]
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar