Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

"Oğullarınıza həqiqəti deyin" - Volodimir Zelenski rus analara müraciət edib

Tarix: 24-03-2022 12:39     Baxış: 4251 A- / A+

“Ukrayna Rusiyanın təhlükəsizliyi üçün heç vaxt təhdid yaratmayıb. Biz indi də ancaq öz torpaqlarımıza sülh gətirmək üçün hər şey edirik”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.

“Əminəm ki, rusların bəziləri televiziya kanallarında gördüklərindən beziblər. Təbliğatçıların maaşları sizin vergilərinizlə ödənilir. Siz daha da yoxsullaşırsınız. Hökumətinizin sizi hər ötən gün daha da yoxsullaşdırmaq, dünyadan təcrid etmək, müharibəyə ölməyə göndərmək üçün sizdən vergi alması axmaqlıq deyil? Sülh istəyən rus vətəndaşlar, oğullarınızı müharibədən xilas edin. Onlara müharibə haqqındakı həqiqətləri deyin”, - dövlət başçısı vurğulayıb.
V.Zelenski bildirib ki, Rusiyanın mübarizəsi təkcə Ukrayna ilə müharibədən ibarət deyil: “Rusiya müstəqilliyə qarşı savaşır. Bizim torpaqlarımız onlar üçün sadəcə başlanğıcdır. Kreml Avropadakı və dünyadakı bütün insanların azadlıqlarını əllərindən almaq istəyir. Hər birimiz Moskvanı dayandırmaq üçün çalışmalıyıq. Ukraynanı dəstəkləyən hər kəsə minnətdaram, amma müharibə davam edir. Mülki əhaliyə qarşı terror davam edir. Savaşın 1 ayı tamam oldu. Bu, uzun müddətdir”.ölkə.az

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar