Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Ukraynaya ayrılan silahlar ölkəyə gətirilir - SİYAHI

Tarix: 24-03-2022 09:34     Baxış: 3230 A- / A+
ABŞ-ın Ukraynaya ayırdığı 800 milyon dollarlıq hərbi yardımın ilk partiyalarının çatdırılmasına başlanılıb.
Manevr.az-ın xəbərinə görə, bu barədə CNN-ə ABŞ Prezidentinin administrasiyasından olan rəsmi bildirib. Qeyd olunub ki, hərbi yardımın yerdə qalan hissəsinin də mümkün qədər tez bir vaxtda Ukraynaya çatdırılması istiqamətində işlər davam etdiriləcək.

ABŞ Aİ-nin Rusiyadan enerji asılılığını azaltmaq üçün istehsalçı ölkələrlə müzakirələr aparır
Hərbi yardıma 800 “Stinger” hava hücumundan müdafiə sisteminin, 100 silahlı dronun, eləcə də Ukraynanın müdafiəsi üçün zəruri olan digər vasitələrin daxil olduğu bildirilib.
Əlavə olunub ki, Prezident Co Baydenin martın 12-də elan etdiyi 200 milyon dollarlıq yardım paketinin də çatdırılması demək olar ki, tamamlanıb. Həmin paketə də “Stinger” və “Javelin” sistemləri daxil olub.
“Yerdə qalan döyüş vasitələrinin də qısa müddətdə çatdırılacaq”, - deyə adı açıqlanmayan rəsmi qeyd edib.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Co Bayden Ukraynaya əlavə 800 milyon dollarlıq hərbi yardım ayırıldığını açıqlayıb.apa

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar