Xəbər lenti
NATO-Rusiya müharibəsinin bir addımlığına çatdıq - Sabah qərar veriləcək
Rusiya xəbərdarlıq etdi; Polşa isə Litva ilə bərabər öz əsgərlərini qərbi Ukraynaya göndərməyə hazırdırSabah - martın 24-də Brüsseldə NATO-nun Ukraynadakı vəziyyət və Alyansın müdafiə qabiliyyətinin artırılması ilə bağlı fövqəladə sammiti keçiriləcək. Sammitdə ABŞ prezidenti Cozef Bayden də iştirak edəcək. Sammitə fövqəladə diqqətin səbəbi Polşanın Ukraynanın qərb bölgəsinə NATO sülhməramlılarının göndərilməsi barədə təklifidir. Rəsmi Varşava hesab edir ki, bu, sülh üçün çalışacaq, humanitar yardım göstərəcək və eyni zamanda, müvafiq silahlı qüvvələr tərəfindən qorunacaq bir missiya olmalıdır. Polşanın baş naziri Mateuş Moravetski sammit ərəfəsi deyib ki, NATO- Ukraynaya sülhməramlı missiyanın göndərilməsi məsələsinə baxmağa hazırdır. “Ukrayna suveren dövlətdir və istənilən insanları öz ərazisinə dəvət etmək hüququna malikdir. Belə bir sülhməramlı missiya, şübhəsiz ki, Ukraynanın əksər hissəsinə sülh gətirəcək" deyə, baş nazir bildirib.
NATO-nun sülhməramlı missiyası təklifinin kiminlə müzakirə edildiyi sualına Moravetski konkret cavab verməyib: "Əvvəla, biz bunu ən yaxın müttəfiqlərimizlə müzakirə etmişik və NATO-nun növbəti sammitində bu təklif təqdim olunacaq". Bildirilir ki, belə bir qərar olarsa, Polşa ilə bərabər Litva da öz əsgərlərini qərbi Ukraynaya göndərməyə hazırdır.
ABŞ prezidenti və Alyansın rəhbəri Yans Stoltenberq dəfələ bəyan edib ki, NATO Ukraynaya əsgəri müdaxilə etməyəcək, çünki bu “üçüncü dünya müharibəsinə səbəb olar”. Üstəlik, bildirilir ki, Polşanın təklifi Alyansın nizamnaməsinə də ziddidir. Belə görünür ki, Rusiya ilə tarixən konfliktdə olan Polşanın təklifi sammitdə mütləq müzakirə ediləcək. Polşanın həm də o səbəbdən sözü eşidilə bilər ki, Ukraynaya silah göndərilməsi indi ancaq bu ölkənin sərhəddindən mümkündür. Rusiya ordusu Lvova nəzarəti ələ alarsa, Ukrayna silah tranzitindən məhrum olacaq.
Daha bir ehtimal da var ki, əgər Alyans belə qərar verməsə, o zaman Polşa öz qoşunlarını Lvova təkbaşına da göndərməyə hazırdır. Çünki Zelenskinin Polşaya köməklik üçün belə bir müraciəti olub. Kiyev Polşa qoşunlarının dislokasiyasını qərbi Ukraynada “boz zona” ilə ayıraraq, Rusiya ilə toqquşmasını əngəlləməyi də təklif edə bilər.
Sammitə bir gün qalmış Polşa Rusiya ilə münasibətləri gərginləşdirən daha bir addım atıb. Rusiya səfirliyin 45 diplomatını cəsusluqda ittiham edərək 5 gün ərzində ölkədən çıxarılmasına qərar verib. Bu isə sammit ərəfəsi “Polşanın Rusiyanın hədəfində olduğu” rəyini möhkmlətməyə hesablanıb.
Xarici işlər naziri Sergey Lavrov səviyyəsində artıq bəyan edib ki, belə bir qərar Rusiya-NATO müharibəsini qaçılmaz edəcək. Kremlə yaxın rusiyalı politoloqlar isə xəbərdarlıq edir ki, əgər Polşa həqiqətən də Ukraynanın qərb bölgələrini öz nəzarəti altına ala bilsə, o zaman Qərbin dəstəyi ilə “Suriya İdlibinin Qərbi Ukrayna versiyası” baş tuta bilər. Polşanın təkbaşına özünü oda atacağı riskli görünür, amma belə bir qərar verilsə, NATO-nu kənarda saxlamaq heç bir halda mümkün olmayacaq.
Qərbi Ukraynanın və Lvovun Polşa üçün əhəmiyyəti tarixə söykənir. İkinci Dünya müharibəsinə gədər şəhər Polşaya məxsus idi, lakin 1939-cu ildə Sovet İttifaqının və Almaniyanın arasındakı razılaşma nəticəsində (Molotov— Ribbentrop paktı) Ukrayna SSR-ının tərkibinə daxil oldu. Məhz bu tarixə söykənərək iddia olunur ki, Rusiyanın hərbi müdaxiləsindən sonra Polşa son nəticədə Ukraynın bölünməsinin qaçılmaz olduğunu düşünür və bu səbəbdən indidən Lvov üzərindəki iddiasını ortaya qoyur.
Rusiyanın Ukraynın qərbi ilə bağlı hansı planları olduğunu demək çətindir. Müharibə uzanır və Rusiya ordusu Ukrayna şəhərlərini ələ keçirib möhkəmləməkdə ciddi çətinlik çəkir. Əsasən, millətçi kəsimin və Rusiyaya qarşı olan əhalinin məskunlaşdığı qərbi Ukraynanın da asanlıqla təslim olmayacağı gözləniləndir. Amma Rusiya bir neçə gün əvvəl Lvovdakı bazaya hava hücumu ilə göstərdi ki, ölkənin qərbinə də nəzarəti ələ keçirmək planı var.
Polşanın israrı konteksində “İdlib variant”nın niyə gündəmə gəlməsinin səbəbi aydındır. Məlumdur ki, NATO ölkəsi Türkiyə sərhədlərinin təhlükəsizliyi səbəbindən təkbaşına İdlibə girmək məcburiyyətdə qaldı. O zaman da konflkiktə iştirak edən tərəflərdən əsas ölkə Rusiya idi. Amma yaranmış ciddi çətinliklərə baxmayaraq, Ankara-Moskva xəttində nəhayətdə, anlaşma baş tutdu.
Ukrayna problem isə tam fərqlidir və Polşa sərhəddi burada yalnız bir epizoddur. O mənada ki, NATO alyansa üzv olan Polşanı qoruyacağını dəfələrlə bəyan edib, müharibə başlayan kimi Alyansın hərbi birlikləri burada gücləndirilib. Yəni NATO Polşanın xüsusi narahatlığı üçün əsas görmür.
Ukraynada qarşıduran tərəflər Qərbin vuran əli NATO və Rusiyadır, o səbəbdən ehtiyatsız bir addım “üçüncü dünya müharibəsini” tətikləyə bilər. Dünya sabahkı sammiti bu səbəbdən narahatlıqla gözləməkdədir…musavat.com
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar