Xəbər lenti
Xanım müdafiə nazirinə sərt sözlər – “Hərbçilər arasında verdiyi poza...”

“Bild” qəzeti Lambrextin hərbçilər arasında verdiyi pozanı tənqid edərək yazıb:
“Kristin Lambrext ölkəmizi biabır etdi. Belə nazir döyüşə bilərmi?”
Məqalədə Ukraynadakı müharibənin üstündən demək olar ki, dörd həftə keçdiyi, Almaniyanın müdafiə nazirinin isə “səfil tablo” yaratdığı bildirilib.

Lambrextə qarşı tənqidi fikirlər arasında onun heç bir şəkildə hərbi xətlə üst-üstə düşməməsi də yer alıb. Qeyd olunub ki, 2021-ci ilin dekabr ayının əvvəlində müdafiə naziri təyin olunana qədər Almaniya Silahlı Qüvvələri ilə demək olar ki, heç bir əlaqəsi olmayıb və vəzifəyə başlayan kimi, hərbi rütbələrin hamısını bilməli olub-olmadığını soruşub.
“İndi Lambrextin orduya əlavə 100 milyard avro sərmayə qoyacağı iddia edilir. Amma görünən budur ki, hətta Kansler Şolz belə ona etibar etmir”, - nəşr vurğulayıb.
Xristian Demokrat Birliyinin (CDU) mütəxəssisi Kristof Plob da xanım müdafiə nazirini bu sözlərlə tənqid edib: “Lambrextin indiyə qədərki performansı fəlakətlidir. Nazir ölkəmizi bütün dünyada biabır etdi” . teleqraf.com
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar