Xəbər lenti
Kəklikotu sanıb marixuananı ətə tökdü – 9 nəfər zəhərləndi, 1 nəfər həyatını itirdi
İstanbulda Üsküdarda ədviyyatın səhv salınması 9 nəfərin zəhərlənməsinə, 1 nəfərin ölümünə səbəb olub.
Manevr.az Sabah-a istinadən xəbər verir ki, evin xanımı qohumları üçün qonaqlıq vermək istəyib. Həyətin bağçasında manqal hazırlayıb. Çör-çöp yığarkən bir paketdə bitkini görüb, dağ kəklikotusu sanaraq manqalda bişirəcəyi ətin içinə töküb, basdırma edib. Əslində həmin bitkinin kəklikotu deyil, marixuana olduğu sonradan bəlli olub.
Evin xanımı süfrədə oturanların hallarının pisləşdiyini görüb, xanımın yeznəsi zəhərlənərək həyatını itirib, digər 9 nəfər isə xəstəxanaya çatdırılıb.
“Ətdən yeyən hər kəsin qısa bir müddətdən sonra qəribə davranmağa başladığını görən evin sahibi Yel D “Başım fırlanır” deyən yoldaşını hava almağa çıxardıb. Təkrar süfrəyə qayıdanda isə hər kəsin sabit dayanmaqda çətinlik çəkdiyini və mənasız hərəkətlər etdiyini görüb. Yel D. dərhal təcili yardıma zəng edib. Hadisə yerinə gələn təcili yardım zəhərlənənləri xəstəxanaya çatdırıb. 55 yaşlı yeznə Bayram A. Isə həyatını itirib.
Evin xanımı Aysel K. Polisə ifadə verərəkən belə deyib: “Hamı bir-bir özündən gedəndən sonra başa düşdüm ki, paketdən bankaya dağ kəklikotusu hesab edərək tökdüyüm şey bizi bu hala saldı. Dərhal mətbəxin pəncərəsindən bankanı yerə atdım. Sonra mən də özümü itirdim. Bağçama o paketi kim qoydu bilmirəm”.
Polis evin bağçasına içi marixuana dolu paketi buraxan şəxsin tapılması üçün axtarışa başlayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar