Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Navalnıy 9 il müddətinə həbs edildi

Tarix: 22-03-2022 17:22     Baxış: 4173 A- / A+
Moskvanın Lefortovo Rayon Məhkəməsi hazırda həbsdə olan rusiyalı müxəlifətçi Aleksey Navalnıyı dələduzluq və məhkəməni təhqir etməkdə təqsirli bilib.
Manevr.az
qafqazinfo-ya istinadən xəbər verir ki, dövlət ittihamçısı məhkəmədən mühakimə olunan bloqer Navalnıyın təqsirli bilinməsini və onun 13 il müddətinə ciddi rejimli koloniyada cəza çəkməsini və 1,2 milyon rubl (hakimi təhqir etdiyinə görə) cərimələnməsini istəyib.
Navalnıy özünü təqsirli bilməyib. 
Məhkəmə rusiyalı müxalifətçini 9 il müddətinə azadlıqdan məhrum edib. O, cəzasını ciddi rejimli koloniyada çəkəcək. Navalnıy, həmçinin 1,2 milyon rubl məbləğində cərimə ödəməli olacaq. 
Daha əvvəl məhkəmədən "RİA Novosti" bildirilmişdi ki, dələduzluqla bağlı cinayət işi bir il əvvəl başladılıb. İstintaqın məlumatına görə, Navalnıy Korrupsiya ilə Mübarizə Fonduna ianə edilən pulun bir hissəsini oğurlayıb və şəxsi ehtiyacları üçün sərf edib.
Sözügedən işin ikinci epizodu isə bloqerə Böyük Vətən müharibəsi veteranı İqnat Artemenkoya böhtan atdığına görə hökm oxuyan hakim Vera Akimovanın təhqir edilməsi ilə bağlıdır - prosesin nəticəsində Navalnıy 850 min rubl məbləğində cərimə olunub.
Qeyd edək ki, ötən il fevralın 2-də Federal Penitensiar Xidmətin tələbi ilə "İv Roşe" işi üzrə müxalifət lideri Aleksey Navalnıyın şərti cəzası ləğv edilərək 3,5 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Hazırda o, Vladimir vilayətinin Pokrov şəhərindəki 2 saylı islah koloniyasında cəza çəkir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar