Sizin Reklam Burada
Xəbər lenti
25-12-2025
24-12-2025
23-12-2025
BÜTÜN XƏBƏRLƏR

Aİ ölkələri Rusiyaya qarşı HƏRƏKƏTƏ KEÇDİ: ordularını birləşdirirlər

Tarix: 22-03-2022 15:02     Baxış: 4226 A- / A+

Almaniya müdafiə naziri Kristin Lambrext ölkəsinin 2025-ci ildə Avropa İttifaqı (Aİ) üçün planlaşdırılan Fövqəladə Hallara cavab Qüvvələrinin əsas gücünü təmin edə biləcəyinə söz verib.
Manevr.az xəbər verir ki, Lambrext Aİ-nin iki ildir üzərində işlədiyi yeni təhlükəsizlik planlarını ehtiva edən “Strateji Kompas”la bağlı fikirlərini açıqlayıb.
“Almaniyanın 2025-ci ildə hərbi gücün əsas elementini təmin edə biləcəyini təklif edəcəyəm”, - nazir bildirib.
O, alman ordusunun Avropanın ən güclüsü ola biləcəyini deyib.
Aİ xarici işlər və müdafiə nazirləri bu gün Brüsseldə keçirəcəkləri görüşdə Ukraynadakı son hadisələri, Rusiyaya qarşı yeni sanksiyaları və “Strateji Kompas”ı müzakirə edəcəklər.
Aİ liderləri 23-24 mart tarixlərində keçiriləcək sammitdə “Strateji Kompas”ı təsdiqləyəcəklər.
“Strateji Kompas” Aİ-nin 2007-ci ildən bəri qurduğu, amma heç vaxt istifadə etmədiyi ordunu yenidən təşkil edilərək, sayını artırmağı və yeni birliklərin təşkilini nəzərdə tutur.
“Strateji Kompas” Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra Avropa ölkələrinin Əfqanıstandan çıxarılması ilə başlayan mürəkkəb prosesdən sonra yenidən gündəmə gəlmişdi.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar