Xəbər lenti
Kəşfiyyatdan sensasion iddia – Putinin qəzəbinin arxasındakı səbəb…

Manevr.az xəbər verir ki, “Mail on Sunday” qəzeti Qərbin kəşfiyyat mənbələrinə əsaslandığı xəbərində Putinin gözlənilməz və son dərəcə aqressiv qərarlarının səbəbi ilə bağlı yazıb. Kəşfiyyat mənbələri və casuslar Rusiya liderinin çox ciddi xəstəliklə mübarizə apara biləcəyini deyiblər. Bu iddianı dilə gətirənlər arasında “Five Eyes” (“Beş Göz”) adlı kəşfiyyat təşkilatının yüksək vəzifəli şəxsləri də var. Avstraliya, Kanada, Yeni Zelandiya, İngiltərə və ABŞ-dan olan yüksək vəzifəli kəşfiyyatçıların daxil olduğu təşkilat Putinin müharibə qərarının psixoloji səbəbləri üzərinə fokuslanmalı olduğumuzu bildiriblər. İddiaya görə, Putin xərçəng, demans və ya parkinson xəstəliyi ilə mübarizə aparır və bu xəstəliyi aradan qaldırmaq üçün steroid müalicəsi alır. Putinin son dövrlərdə şişkin və yorğun görünməsinin, onunla görüşən şəxslərlə arasında həddindən artıq sosial məsafə saxlamasının arxasında steroid müalicəsinin səbəb olduğu qəzəb və şiddət partlayışının olduğu iddia edilib. İngiltərə mətbuatında yayılan məlumata görə, 69 yaşlı Putinin uzun müddətdir aldığı steroid müalicəsi üzündə və boynunda şişkinlik yaradıb. Yəni müalicə əks təsir göstərir./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar